İsrail ABŞ-a heyət göndərir - İranın taleyi həll edilir
Yüksək rütbəli İsrail nümayəndə heyətinin gələn həftənin əvvəlində İranla bağlı strateji məsləhətləşmələr aparmaq üçün Ağ Evi ziyarət edəcəyi gözlənilir.
Bu barədə “Axios” ABŞ və İsrail hökumətlərindəki mənbələrə istinadən xəbər verir.
"Nümayəndə heyətinə Baş nazir Benyamin Netanyahunun aparıcı müşavirləri – strateji məsələlər naziri Ron Dermer və milli təhlükəsizlik müşaviri Tsaxi Haneqbi rəhbərlik edəcək", – məlumatda qeyd olunub.
Nümayəndə heyətinin tərkibinə həmçinin İsrailin Milli Təhlükəsizlik Şurasının, MOSSAD-ın, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Atom Enerjisi Komissiyasının yüksək vəzifəli nümayəndələri də daxil olacaq. Gözlənilir ki, onlar ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Dövlət Departamenti, Pentaqon və ABŞ kəşfiyyat qurumlarının nümayəndələri ilə görüşəcəklər.