Tramp son çıxışında doqquz yalan bəyanat verib

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında azı doqquz yalan bəyanat verib.

Bu barədə CNN məlumat yayıb.

Trampın 2024-cü ilin noyabrında ABŞ-də prezident seçkilərinin nəticələri, Ukraynaya yardım, miqrasiya, Çin və Kanada ilə ticarət kəsirləri də daxil olmaqla bir sıra əsas məsələlərdə şişirdilmiş rəqəmlər səsləndirdiyi bildirilir.

Belə ki, o, prezident seçkilərində 80 milyondan bir qədər çox səs topladığını iddia etsə də, rəsmi məlumatlarda bu rəqəm təxminən 77,3 milyondur. Tramp ABŞ-nin Çinlə ticarət kəsirinin 1 trilyon dolları keçdiyini desə də, lakin real rəqəm 263,3 milyard dollar təşkil edir. Oxşar uyğunsuzluqlar Kanadaya da aiddir: ticarət kəsiri 200 milyard deyil, 35,7 milyard dollardır.

Qeyd olunur ki, Tramp dəfələrlə CNN-i və digər aparıcı KİV-i tənqid edib, onları qərəzli olmaqda ittiham edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər