star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Misirin nüfuzlu "əl-Vafd" qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, tədqiqatçı-alim cəmiyyətin fəaliyyətindən, Azərbaycan ilə Misir arasındakı tarixi və mədəni əlaqələrdən söhbət açıb. Qeyd edilib ki, iki ölkə prezidentinin qarşılıqlı səfərləri siyasi və ticarət əlaqələrinin daha da inkişafına töhfə verib.

S.Nəsirov vurğulayıb ki, Azərbaycan xalqı ərazilərinin 20 faizinin işğal altında olduğu otuz ildən çox müddətdə ədalətsizliyə və ikili standartlara məruz qalıb.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan S.Nəsirov diqqətə çatdırıb ki, bu il Cəmiyyətin nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub. Elm və incəsənət sahələrinin bundan sonra Akademiyanın nəzdində fəaliyyət göstərməsinə qərar verilib. O, gələcəkdə bu qurumun Misirin Ali Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib. Burada hazırda Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraətləri və digər fənlər üzrə kurslarda 642 tələbə ödənişsiz təhsil alır. Bundan başqa, Cəmiyyət bir sıra sosial fəaliyyətlər də göstərir, Ramazan və Qurban bayramlarında aztəminatlı ailələrə bayram sovqatları paylayır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər