BAK Niderlandda iftar süfrəsi təşkil edib
Beniluks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən
müqəddəs Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil olunub.
İftar məclisində Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin əməkdaşları, diaspora təşkilatlarının rəhbərləri və Niderlandda yaşayan soydaşlarımız iştirak ediblər.
İftar mərasimi Qurani-Kərim dən ayələrin və əzanın oxunması ilə başlayıb.
Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov mübarək Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Bildirib ki, Ramazan ayı həmrəylik,qardaşlıq,
mərhəmət və bərəkət ayıdır.
Azərbaycan Respublıkasının Niderland Krallığındakı föqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə tədbir iştirakçılarını qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.
O bildirib ki,artıq Azərbaycan Müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir.
Tədbir iştirakçıları göstərilən yüksək diqqətə görə Beniluks Azərbaycanlıları Konqresinə öz minnətdarlıqlarını bildiriblər.