NATO və ABŞ-ın Ukrayna məsələsində fikir ayrılıqları
18 fevral Səudiyyə Ərəbistanın vasitəçiliyi və ev sahibliyi ilə paytaxt Ər Riyad şəhərində ABŞ və Rusiya nümayəndələri arasında keçirilən görüşdə ilkin sülh sazişi şərtləri və tərəflərin təklif və tələbləri müzakirə edildi.
Bu görüşdən ortaya çıxan nəticə onu deməyə əsas verir ki, yenicə hakimiyyətə gələn Tramp administrasiyası artıq 3 ildir davam edən Ukrayna müharibəsinin daha da uzanmasına maraqlı deyil. Çünki, ABŞ-nin Rusiyaya iqtisadi, siyasi sanksiyalar tətbiqi fonunda öz iqtisadiyyatı da təsirlənmiş, Rusiya ilə olan birgə bazar və şirkət əməliyyatlarının, biznes fəaliyyətlərinin işi
zəifləmiş, ümumilikdə ölkə iqtisadiyyatı inflasiya yaşamışdır.
Digər tərəfdən, Çin ABŞ-nin bu iqtisadi inflyasiyası fonunda bir potensial rəqib kimi daha da güclənmiş və qlobal bazarlarda daha yaxşı ticari əməliyyatlar üçün fürsət yaranmış həm də Rusiyanın Qərb və ABŞ-ni itirdikdən sonra bu itgiyə kompensasiya olaraq Çinlə daha da yaxınlaşmasına vəbirlikdə Qlobal miqyasda hegemon və super iqtisadi güc statusu almasına mane olmaq üçün mümkün qədər tez münasibətləri istiləşdirmək və sülhə gəlib münaqişədən öncəki
münasibətlərə qayıtmaq, hətta sanksiyaların əksər hissəsini ləğv etmək istəyir.
Nəzərə alsaq ki, Tramp və çevrəsində özü də daxil olmaqla Rusiyalı siyasi xadimlərlə yaxın dostluğu olan şəxslər var, istisna deyil ki, rəsmi Moskva ilə gələcək investisiya və sərmayələrin təşviqi üçün düşmənçiliyə son verib əvvəlki mövqeyə qayıtmaq daha sərfəlidir.
Bayden administrasiyasının Rusiya ilə bağlı radikal düşmənçilik mövqeyinin Ukraynaya ardıcıl və milyardlarla ABŞ dolları dəyərində ölçülən hərbi yardımların edilməsi, sanksiyaların tətbiqi Tramp administrasiyasının hazırkı siyasi maraqlarına cavab vermir.
NATO-nun digər üzv ölkələri isə rəsmi Vaşinqtondan fərqli olaraq ABŞ-Rusiya münasibətlərinin nisbətən ”istiləşməsi” fonunda silahlanma və Ukraynaya hərbi yardımlar etməyə davam edir.
Məsələn, Polşa, Finlandiya, Baltikyanı plkələr, Almaniya və sair dövlətlər. Çünki, Ukrayna itirilərsə, həm Şərqi Avropa regionunda Rusiyanın təsiri güclənə, həm də bu ölkələrə mümkün birbaşa hərbi müdaxilə ilə üzləşə bilmə ehtimalı baş verə bilər.
Daha geniş danışsaq, Polşa Belarus ilə sərhəddə geniş minalama əməliyyatı aparır, hərbi büdcə və gücünü ildən ilə daha da gücləndirir.
Almaniya və Baltikyanı ölkələr də özünün hərbi potensialını gücləndirməklə yanaşı təlimləri, ərazisində olan hərbi qüvvələrin sayını artırır, qonşu NATO ölkələri ilə əməkdaşlığı genişləndirir.
Reallıqda isə Rusiyanın Ukrayna ilə 3 illik gərgin müharibədən sonra başqa ölkəyə hücum etmə ehtimalı demək olar ki, sıfıra bərabərdir. Çünki, texniki, silah-sursat, ordu çatışmazlığı yaşayan rəsmi Moskvanın bu əməliyyata başlaya biləcək “gücü” qalmayıb.
NATO-ya üzv ölkələr ABŞ -dən fərqli olaraq Rusiyanı potensial düşmən olaraq qəbul edir və Ukraynada Rusiyaya hər hansı ərazi güzəşti etməklə səhv etməyə yol vermək istəmirlər.
Çünki, Ukraynanın Qara dəniz sahilləri kimi strateji əhəmiyyət daşıyan ərazilərinin Rusiyanın nəzarətində olması Kiyevlə gələcək münasibətlər fonunda yenə də mane rolu oynayır, həm də Qara dənizdə mövcud olan iqtisadi dəniz tranzit xətlərinə birbaşa nəzarət üçün şərait yaradır.
İsa İsmayılov
siyasi şərhçi