Rus hərbçilərinin gizli danışıqları yayıldıRusiyalı desantarı həmkarlarının səhlənkarlığından çox üzüldülər. Onlar etiraf ediblər ki, Enerqodarda gecə baş verən partlayış nəticəsində bir gün əvvəl Kreml təbliğatçılarının yazdığı kimi, humanitar yardım daşıyan maşınlar yox, hərbi texnika parkı partlayıb.

Axar.az xəbər verir ki, bu barədə skrinşotları sosial şəbəkələrdə yayımlanan hərbçilərin gizli söhbətlərindəki qeydlərə əsasən UNİAN məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayış iyulun 30-a keçən gecə "OP ZAES" otelinin yaxınlığında baş verib. Vətəndaşlar sursatların partlayış səslərini eşidiblər.
"Erməni milli kimlik psixologiyası və xəstəliyi " adlı kitabı nəşr edilibSiyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitunun elmi katibi Zaur Əliyevin sayca 23-cü "Erməni milli kimlik psixologiyası və xəstəliyi " adlı kitabı nəşr edilib.

Kitab erməni, rus və xarici mənbələr əsasında, psixologiya və Antropologiya və etnoqrafiya ilə məşğul olan alimlərin məsləhəti və çapa hazırlanıb. Kitabda ermənilərin milli kimlik məsələsi, ermənilərin millət kimi formalaşma prosesinin tarixi, antropoloji özəllikləri, ermənilərin dini inanclarının milli kimliyin formalaşmasına təsiri, psixoloji cəhətləri, erməni cəmiyyətinin idarə edilməsinə psixoloji metodlardan istifadə edən kilsənin fəaliyyəti, erməni xəstəliyi və onun erməni kimliyinə təsiri və sair məsələlər öz əksini tapıbdır.

Ermənilik – qeyri-adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusilə, türk xalqlarına qarşı, o cümlədən, Azərbaycana qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzkar, qondarma, uydurma ideyalarına geniş rəvac verən, terroru əsas vasitə seçən, insan qanına susamış, ən dəhşətli terror faktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasətin təzahürü kimi meydana çıxmışdır. Sizlərə təqdim edilən bu kitab məhz ermənliyin psixoloji tərəfini və xəstəliyini tədqiq edir. Kitab geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Ananın vurduğu iynədən şoka düşən uşaq öldüMingəçevirdə ananın vurduğu iynədən şoka düşən övladı ölüb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, iynə vurulması nəticəsində şoka düşən iki yaşlı Nuray İslamzadə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, nənəsinin evində halı pisləşən Nuray İslamzadə və üç yaşlı qardaşı Fərrux İslamzadəyə anaları antibiotik iynə vurub. Hər iki uşağın vurulan iynədən sonra vəziyyəti pisləşib. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan dili bizim varlığımız və sərvətimizdirAna dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin çox müstəsna xidmətləri var. O böyük - unudulmaz insan həmişə dillə bağlı uzaqgörənlik edirdi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"kı fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.

Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 20 ildən artıqdır ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur".

Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.

Məhz Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı haqqında imzalanan sərəncamda ana dilinin istifadəsinə, tədqiqinə diqqətin artırılması nəzərə çatdırılır. Əgər Azərbaycan dili dövlətçiliyimizin başlıca rəmzlərindən sayılırsa, onun tətbiqində də qarşıya qoyulan vəzifələrə riayət olunmalıdır.

Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın strateji siyasətidir.Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.

Məhyəddin Nəsimioğlu
YAP Yevlax rayon təşkilatının fəalı
"Bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşımızda duran vəzifələrdən biridir"Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək təşkil edilən proqramın əhəmiyyətini vurğulayıb.

“Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var.

Əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də sistemli xarakter almamış, ehtiyaclara uyğun təşkil edilməmişdir. Yalnız "QHT Məktəbi" proqramı davamlılığını təmin edə bilmişdir.

Apardığımız müşahidələr göstərir ki, hər il xeyli sayda qeyri-hökumət təşkilatı yaranır. Lakin, onların böyük əksəriyyəti zəruri təlimlər almadan bu işə başlayır, kor-koranə fəaliyyət göstərirlər. Biz bu halı onların təşkilati idarəçiliyində, layihə tərtibatlarında, yerli ehtiyacları öyrəndiklərində, layihələrin icra olunmasında və s. aydın görürük. Bəzən layihə təşəbbüsləri donor təşkilatlar tərəfindən müsbət qiymətləndirməyən QHT-lər günahı özlərində axtarmırlar. Sonradan məsələni araşdıranda məlum olur ki, QHT-nin təcrübəsizliyindən və layihələrin keyfiyyətsiz yazılışından donor haqlı qərar qəbul edib.

Bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşımızda duran vəzifələrdən biridir. “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər”.
“Ölkəmiz insan alveri ilə mübarizdə barışmaz mövqe sərgiləyir”- Ramiz Alıyev“İnsan alveri tək bizim ölkəmiz üçün deyil, ümumilikdə bütün dövlətlər üçün təhlükəlidir və buna görə də hər bir dövlət insan alveri ilə birlikdə mübarizə aparmalıdır və aparılır da. Düzdür, bu mübarizə mexanizmləri hər ölkə üçün fərqlidir, ancaq ümumilikdə baxanda, demək olar ki, əksər ölkələr insan alverinə qarşı mübarizdə həmrəylik nümayiş etdirir. Sevindirici hal odur ki, bizim ölkəmiz bütün cinayət növlərinə qarşı olduğu kimi, insan alveri ilə mübarizdə də barışmaz mövqe sərgiləyir”.

Avrasiya.net xəbər verir ki, bunu APA-ya İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə bağlı açıqlamasında bildirib.

Ramiz Alıyev qeyd edib ki, Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator var və DİN-in nəzdində xüsusi polis qurumu olan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir: “Eyni zamanda insan alveri qurbanları üçün xüsusi olaraq idarənin tabeçiliyində olan sığınacaq və onlara maddi dəstək olmaq üçün İnsan Alveri Qurbanlarına Kömək Fondu yaradılıb. Bütün bu addımların atılması bizim ölkə olaraq insan alveri ilə mübarizədə maraqlı olduğumuzu göstərir. Həmçinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri birgə əməkdaşlıq edir, insan alveri ilə birgə mübarizə aparırlar. Əslində, bu məqamlar bir çox inkişaf etmiş dövlətlərə də nümunə ola bilər. Məhz elə birgə əməkdaşlığın nəticəsidir ki, bu il ölkəmiz ABŞ Dövlət Departamentinin hesabatında standartların tələbinə görə ikinci yerə keçib. Bu, həqiqətən də ölkəmiz üçün çox gözəl bir xəbər oldu. Ona görə ki, biz insan alveri ilə mübarizəyə dair bütün qaydalara ən yüksək formada əməl edən dövlətik: istər cinayətkarların tapılması və cəzalandırılması, istər qurbanlara diqqət və qayğının göstərilməsi, istərsə də dövlət təşkilatlarının bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlığının qurulması ən yüksək səviyyədədir.

Hər bir sahədə olduğu kimi, insan alverinə qarşı mübarizə sahəsində də biz xalq olaraq birlik nümayiş etdirməliyik, bütün vətəndaşlarımız insan alverinə qarşı mübarizə aparmalıdır. Əgər gözləsək ki, mübarizəni ancaq dövlət təşkilatları aparsın, o zaman istənilən effekt olmayacaq. Ona görə də bu gün ölkəmizdə insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə sıx əməkdaşlıq edir, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyası fəaliyyət göstərir və bu koalisiyanın tərkibində 45 təşkilat cəmləşib. Bir neçə QHT-nin həm Bakıda, həm də regionlarda qadın və uşaq sığınacaqları var. Koalisiyaya üzv olan təşkilatlar ilin bütün aylarında, demək olar ki, ölkəmizin hər bir regionunda insan alverinə dair maarifləndirmə tədbirləri təşkil edir, filmlər, video-rolikllər çəkirlər və s. Bütün bu sadaladıqlarımın hamısı və daha çox fəaliyyət məhz vətəndaş cəmiyyəti təmsilçilərinin danılmaz xidmətləridir. Eyni ilə ölkəmizdə fəaliyyət göstərən bir çox KİV nümayəndələri də öz çalışdıqları mətbu orqanlarda vətəndaşlarımızın insan alveri ilə bağlı maariflənməsi üçün yazılar yazır, araşdırmalar edirlər. ATV və ARB televiziyaları artıq iki ildir ki, DİN ilə birgə insan alveri və narkomaniyadan bəhs edən “İfşa” adlı on altı bölümdən ibarət serial çəkib. Bütün bunlar ölkəmizdə cinayətkarlığın azalmasına, vətəndaşlarımızın maariflənməsinə gətirib çıxaran addımlardır”.
Baş Prokurorluq daha 7 jurnalistə xəbərdarlıq etdiAparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”, - qurumdan bildirilib.
"Bütün peşələrin, bütün sahələrin reketləri var""Reket jurnalistika" və ya “reket jurnalist"lərlə mübarizə günümüzün aktual məsələlərindən biri olaraq qalır. Əslində bütün peşələrin, bütün sahələrin reketləri var. Yəni ki, reketlik problemi təkcə mətbuatın problemi deyil. Bu ümumi problem və ya ümumi bəladır. Lakin əfsuslar olsun ki, mətbuat sahəsində mövcud olan reketçilik daha qabarıq şəkildə görünür. Çünki mətbuat arenasında reketçilik üçün daha əlverişli mühit və daha münbit şərait var.

İndi kim istəyir gedir bir sayt açır, internet televiziyası və ya Yutub-kanal açır, başlayır özünü media adamı kimi təqdim etməyə və bu addan sui-istifadə edir. Təcrübəli jurnalistlərin xəbər saytı açmasına və ya politoloqların, iqtisadçıların, digər sahə mütəxəssislərinin Yutubda kanal yaradıb veriliş aparmasına heç kimin etirazı, iradı ola bilməz. Ancaq baytar həkimi də, bərbər və mebel ustası da gəlib sayt açıb özünü media adamı kimi təqdim edirsə və şantaj, hədə-qorxu yolu ilə bu və ya digər insanlara təzyiq göstərib onlardan pul almağa, onları daim psixoloji basqı altında saxlamağa çalışırsa, bu açıq-aşkar reketçilikdir və belələrinə qarşı qanunun bütün gücüylə mübarizə aparılmalıdır.

Əlbəttə, “reket jurnalistikası”na qarşı effektiv mübarizəni ilk növbədə hüquq-mühafizə orqanları təşkil etməlidir. Lakin yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə kifayətlənmək olmaz. Peşəkar mətbuat nümayəndələrinin özləri və cəmiyyət də bu məsələdə fəal mövqe nümayiş etdirməlidir. Bu mübarizə binaların kosmetik təmirinə bənzəməməli və kampaniya xarakteri daşımamalıdır. Biz “reket jurnalist”lərə qarşı mübarizə görüntüsü yaratmamalıyıq. Təsadüfi şəxslərin mediaya ayaq açmasına hər vasitə ilə mane olmağa çalışmalıyıq. Çünki jurnalist məsuliyyəti, peşə etikası olmayan bu cür dırnaqarası “jurnalist”lər mətbuatı qeyri-leqal qazanc mənbəyinə çevirir və pul əldə etmək üçün hər cür çirkin yollara əl atırlar.

Təəssüflər olsun ki, son vaxtlar sosial media sferasının da öz “reket”ləri peyda olub. Onlar “reket jurnalist”lərdən fərqli olaraq şantaj, təzyiq yoluyla insanlardan pul qoparmaqla məşğul olmur, sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yaymağa üstünlük verirlər, cəmiyyətdə ajiotaj və çaşqınlıq yaratmağa çalışırlar. Xüsusən də hərbi sirrlərin yayılmasına can atan insanlara daha çox rast gəlirik. Onların məqsədi həm ənənəvi jurnalistikadan önə keçmək, daha çox izləyici toplamaqdır, həm də ictimai şüurla manipulyasiya etmək, ictimai rəyi başqa istiqamətə yönəltmək məqsədi güdürlər. Belələri bir çox hallarda kənar qüvvələrin diktəsi ilə cəmiyyətdə gərginlik yaradılmasına xidmət edirlər. Odur ki, “reket jurnalist”lərlə yanaşı, belələrinə qarşı da ciddi mübarizə aparılmalıdır. Biz hamımız peşəkar mətbuatın inkişafına dəstək olmağa çalışmalı, ölkənin nüfuzlu KİV-nə etimadın daha da artmasına səy göstərməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu elan edilirAzərbaycan Milli Karate Federasiyası 2-4 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Karate 1 – Premyer Liqa yarışları üçün könüllü proqramı elan edir.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə məlumat verilib ki, iki gün davam edəcək yarışlarda 80-a dək ölkədən 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. “İdman dostluqdur” şuarı ilə keçiriləcək turnirdə 100-ə yaxın beynəlxalq hakimin iştirakı nəzərdə tutulur. Yarışın əsas tərəfdaşları Dünya Karate Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Milli Karate Federasiyası və “İrəli” İctimai Birliyidir.

Qeyd edək ki, ilk dəfə Premiyer Liqa yarışları 2011-ci ildə Dünya Karate Federasiyasının təşəbbüsü ilə keçirilib. Liqa özü ilə beynəlxalq dərəcəli karateçilərin iştirak etdiyi bir sıra mötəbər yarışları birləşdirir. Yarışlar bu il Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Mərakeş, Amerika Birləşmiş Ştatlarında da keçiriləcək.

İki gün davam edəcək yarışlarda könüllü kimi fəaliyyət göstərmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3oqfyyP
Yevlaxda 19 yaşlı qız İTKİN DÜŞDÜYevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, itkin düşən şəxsin əlamətlərini belədir: boyu 160 sm, arıq bədən quruluşlu, saçları uzun və qaradır.

Şəkildə gördüyünüz Sitarə Mustafalının yeri barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə və 022-336-45-02; 051-468-11-11 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.