Sərdar Ortac mirasını işçilərinə verdi

Xəstəliklə mübarizə aparan türkiyəli müğənni Serdar Ortaç mirasını işçilərinə verdiyini açıqlayıb.

Bununla bağlı haberler.com məlumat yayıb.

Müğənni yalnız İstanbul Boğazı mənzərəli 8 otaqlı, 750 kvadratmetrlik bir villasının qaldığını bildirib. O bu villanı da işçiləri arasında bölüşdürməyi planlaşdırdığını deyib: “Artıq çox pulum qalmayıb. Mirasımı işçilərimə verdim. Bir evim var, bölüşsünlər. Nə övladım var, nə də sərvətim. Yalnız işçilərim var. Həmin evim onların olsun, nə qədər ömrümün qaldığı da bəlli deyil. Ya 10-15 il qalıb, ya da heç qalmayıb...”

Qeyd edək ki, S. Ortaç MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkir.

O, bir müddət əvvəl ayağı ilə yanaşı, sol qolunun da işləmədiyini açıqlamışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər