Moskvada hostel yandı: 8 ölü, 4 yaralı
Dərc olunub:
29-07-2022, 12:52
Bu gün gecə saatlarında Moskvada hostel yanıb.
Axar.az xəbər verir ki, hadisə Almatı küçəsində yerləşən 16 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Yanğın nəticəsində 8 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Alov 150 kvadrat metr ərazini əhatə edib.