Zakir İbrahimov 1-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 1-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.

Görüşdə 11 aylıq fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, fəaliyyət planının nəticələri ətraflı müzakirə edilib. Nazim Novruzov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, əldə edilən təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını qeyd edib.

Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə Nazim Novruzovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək, təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Ukrayna NATO qurumlarının bənzərini yaradırUkrayna Müdafiə Nazirliyi NATO-nun Dəstək və Satınalma Agentliyinə bənzər iki qurum yaradır.

Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

Onun sözlərinə görə, qurumlardan biri olan Müdafiə Təchizatları Agentliyi silahla bağlı bütün istiqamətlərdə işlər görəcək. İkincisi isə döyüş sursatı, yanacaq, ərzaq, maddi-texniki təchizatla məşğul olacaq.
ABŞ-a kibertəhlükəsizlik təhlükəsi yaradan ölkələr açıqlanıbABŞ-a kiber sahədə təhlükə yaradan ölkələrin adları açıqlanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin kibertəhlükəsizlik üzrə müşaviri Enn Noyberqer açıqlama yayıb.

Noyberqer Rusiya, İran, Çin və Şimali Koreyanı kiber sahədə təhlükə adlandırıb.

Bundan əvvəl iyulun 28-də ABŞ və Ukrayna kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, o cümlədən daha fəal məlumat mübadiləsi aparmaq qərarına gəliblər və bununla bağlı memorandum imzalayıblar.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin Cen İsterli bildirib ki, sənədin imzalanması Ukraynanı Rusiyanın görünməmiş kibertəcavüzündən daha güclü müdafiə edəcək.

Ermənistanda atışma olub, xəsarət alanlar varErmənistanda atışma olub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt İrəvanda qeydə alınıb.

Şenqavit rayonunda bir neçə nəfər arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. Qarşıdurma zamanı adları açıqlanmayan 3 nəfər, o cümlədən 36 yaşlı qadın və əri, 49 yaşlı kişi, habelə 20 yaşlı gənc xəsarət alıb.

Hadisə yerində qan izləri, AK-74 avtomatının gilizləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
AMEA bitdi: Arif Həşimov gedir, yeni rəhbər kim olacaq?Prezident İlham Əliyevin bu gün verdiyi fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının əvvəlki statusuna son verildi.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, AMEA-nın 60-a yaxın institut, müəssisə və təşkilatından hazırda cəmi 11 institut və 3 qurum qalıb. Bu 14 qurum isə birbaşa humanitar sahə ilə bağlıdır.

İndi formalaşan bu qurumun “Azərbaycan Milli Elmlər Akademiyası” adlanması artıq mümkün deyil. Bu qurum ən yaxşı halda “Humanitar Akademiya” və yaxud “Humanitar Elmlər Assosiasiyası” adlana bilər və yəqin ki, ad dəyişimi də baş verəcək.

Digər tərəfdən, hazırda AMEA-nın prezident səlahiyyətlərini akademik Arif Həşimov həyata keçirir. Arif Həşimov texniki elmlər üzrə alimdir və onun indiki AMEA-da prezident olması mümkün deyil.

Yeni formalaşan və müvəqqəti olaraq AMEA adlanan quruma mütləq humanitar sahədən rəhbər gətirilməlidir. Hazırda humanitar sahə üzrə 11 institut içərisində tanınmış alimlər Nərgiz xanım Paşayeva, İsa Həbibbəyli və Gövhər xanım Baxşəliyevadır.

N.Paşayeva AMEA-da vitse-prezidentdir. Amma onun geniş statusu əlindən alınan quruma rəhbər gələcəyi ehtimalı çox zəifdir.

Digər vitse-prezident və Ədəbiyyat İnstitutunun rəhbəri İsa Həbibbəylinin və ya Şərqşünaslıq İnstitutunun rəhbəri Gövhər Baxşəliyevanın rəhbər gətiriləcəyi ehtimal olunur.

Həmçinin AMEA-nın hər biri ayda ən azı 2 000 manat əmək haqqı alan akademikləri, 1 200 manat alan müxbir üzvləri var. Akademik və müxbir üzvlərin sayı isə 200-ə yaxındır. Onlar yalnız bu elmi ada görə aylıq maaşlarına bu qədər əlavə alırlar. Müqayisə üçün deyək ki, fəlsəfə doktoru adına görə 60 manat, dosentliyə görə 100 manat, elmlər doktoru adına görə 100 manat və s. verilir.

Ehtimal ki, artıq AMEA statusu dəyişdiyi üçün öz akademik və müxbir üzvlərinə bu vəsaiti ödəmək imkanında olmayacaq və yaxud bu ödənişlərin miqdarına yenidən baxılacaq.
UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdıAzərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Avrasiya.net xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında "Qəbələ" və "Neftçi"nin evdə müvafiq olaraq Macarıstan "Fehervar"ına (2:1) və Kipr "Aris"inə (3:0) qalib gəlməsi, "Zirə"nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.

3 komanda birlikdə ölkənin aktivinə daha 0,625 xal gətirib. Bunun hərəyə 0,250 xalı "ağ-qaralar"la "qırmızı-qaralar"ın, 0,125 xalı isə "qartallar"ın payına düşüb.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 15,125 xalla Polşa qərarlaşıb.
Son günlər icra başçıları ilə bağlı məsələlər yenə də gündəmi zəbt etməkdə davam edir. Prezident İlham Əliyevin növbəti dəfə bir neçə icra başçısını vəzifədən uzaqlaşdırması və onların yerinə yeni simaları təyin etməsi geniş müzakirələrə səbəb olub. Daha doğrusu, dövlət başçısının Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi bir sıra aktual fikirlər cəmiyyət tərəfindən müsbət qarşılanıb. Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına öz göstərişlərini, tövsiyələrini verdi və vurğuladı ki, “mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm”.

Dövlət başçısı yeni təyin olunan icra başçılarına açıq mətnlə bildirdi ki, “siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz”. Beləliklə, bu şəxslərə ən yüksək səviyyədə izah edildi ki, yerlərdəki məmurlar (xüsusən də icra başçıları) sözün həqiqi mənasında xalqın xidmətçisi olmalıdır. Onlar kabinetlərdə oturub özlərini “rayonun ağası” kimi aparmamalıdırlar. Əksinə, icra başçıları Prezidentin birbaşa təmsilçiləri kimi hər gün xalqın içində olmalı və qarşıya çıxan cari problemləri yerindəcə həll etməyə çalışmalıdırlar.

Həmçinin, 44 günlük Vətən müharibəsində bizim hər birimizə Qələbə sevincini yaşadaan şəhidlərimiz və onların ailələri, qazilərimiz də daim icra başçılarının diqqət mərkəzində olmalıdır. Prezident yeni icra başçıları ilə söhbəti zamanı bu məsələni də məxsusi olaraq onların diqqətinə çatdırdı və bildirdi ki, bu kateqoriyadan olan insanlarımız daim dövlətin qayğısını hiss etməlidirlər. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət başçısı özü tez-tez şəhid ailələri, müharibə əlilləri ilə, qazilərlə çoxsaylı görüşlər keçirirsə, icra başçıları da bilavasitə dövlət başçısından nümunə götürməli, şəhid ailələrinə, əlillərə, qazilərə isti münasibət göstərməlidirlər. İcra başçıları şəhid ailələrini, qaziləri qapılarda gözlətməməli, get-gələ salmamalı, saymazyanalığa yol verməməlidirlər.

Unutmamalıyıq ki, məhz bəzi icra başçılarının yerlərdə bu cür mənfi hərəkətlərinin nəticəsində bir neçə qazi özünə qəsd edib, intihar halları baş verib. Odur ki, yeni icra başçıları bütün bunlardan özləri üçün ciddi nəticələr çıxarmalıdırlar. Onlar bir ali həqiqəti dərk etməlidirlər ki, icra başçısı institutu xalqla dövlət arasında narazılıq, uçurum yaratmaq üçün yox, körpü yaratmaq üçün, dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün nəzərdə tutulub. Hər bir başçı bilməlidir ki, Prezidentin yürütdüyü daxili siyasəti yerlərdə uğurla həyata keçirmək məhz başçıların fəaliyyətindən asılıdır. Ona görə də başçılar məşhur ifadə ilə desək, özlərini yox, qanunu şah bilməli və ədaləti unutmamalıdırlar. Bunun əksinə düşünənlərin icra başçısı olmağa, Prezidenti təmsil etməyə haqqı yoxdur.

Masallının sabiq icra başçısı Şahin Məmmədovun guya, “şəhid ailələri və digər sakinlər” tərəfindən təntənə ilə yola salınması olayı da bu fikrimizi təsdiqləyir. Onun məlum hərəkəti qurama oyundur, əsl şoudur. Bu da onu göstərir ki, dövlət başçısının belə bir azğın və intriqan adamı işdən almağı, vəzifəsiz qoymağı tamamilə düzgün addımdır. Bu cür xırda avantüristlər icra başçısı kimi məsul vəzifələrə yiyələnməməlidirlər. Hər kəsin icra başçısı olmağa mənəvi haqqı çatmır. Yalnız milləti sevən, vətəndaşlara gerçəkdən xidmət etmək istəyən, ölkə üçün faydalı işlər görmək istəyən şəxslər icra başçısı missiyasını daşımağa layiqdirlər. Bəli, söhbət məhz missiyadan gedir. Ümid edək ki, yeni təyin olunan icra başçıları bu missiyanın önəmini dərk edəcək və öz yaxşı əməlləri, uğurlu fəaliyyətləri ilə nümunəvi icra başçısı obrazını yarada biləcəklər. Çünki xalq həqiqətən də icra başçılarından çox şey gözləyir. Prezidentin də onlardan gözləntiləri çoxdur. Baxaq görək yeni icra başçıları Prezidentin etimadını və xalqın ümidlərini doğrulda biləcəklərmi. Təki doğrultsunlar!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Vüqar Tofiqli ilə görüş keçirilib - FotoBu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə xidmətin inzibati binasında Belediyye.info saytının təsisçisi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Qarabağla bağlı çoxsaylı monoqrafiya və məqalələrin müəllifi Vüqar Tofiqli ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov və Mədəni irsin qorunması şöbəsinin abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov iştirak edib.

İki saat yaxın davam edən görüşdə maddi-mədəni irsimizin qorunmasıyla bağlı vətəndaş cəmiyyətinin təmsilçilərinin üzərinə düşən vəzifələr, habelə Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət, o cümlədən Fatmayı kəndinin tarixi abidələrinin bu günkü durumu geniş müzakirə edilmişdir. Bununla yanaşı Zirə qəsəbsindəki “El hamamı”nın müzeyə çevrilməsiylə bağlı təklifə müsbət yanaşılmışdır.

Görüş iştirakçıları birmənalı olaraq Sultanbud kurqanı üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olmasıyla bağlı xidmətin müvafiq orqanlar qarşısında vaxtında məsələ qaldırması və aparılan işlərin dayandırıldığı xüsusi olaraq vurğulanmışdır.

Qaldırılan mövzular ətrafında təkrar görüşlərin keçirilməsi məqsəduyğun hesab edilmişdir.
Belediyye.info
Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurmaq lazımdırBu gün bəzi şəxslər, o cümlədən telekanallar Azərbaycan Milli Elmlər Akademiyasını qoparağını götürüblər. Mənşəyi və mahiyyəti bilinməyən bu kampaniyaçılığın əsas səsləndirdiyi fikir odur ki, Akademiya işçiləri qocalıb, onların intellektual müstəvidə heç bir faydası yoxdur və bu məkan bağlanmalıdır.

Cənablar, bu nəticədir. Akademiyanın bu günə düşməsinə kifayət qədər səbəblər var. Həmin səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır. Azərbaycanın tarixində, taleyində çox ağlı-qaralı iz buraxan Azərbaycan Milli Elmlər Akademiyasının üstündən xətt çəkib dağıtmaq olmaz. Həmin məkanda milləti, dövləti sevən və fayda vermək istəyən insanlar çalışıb, bu gündə çalışanlar var.

Qaldı Azərbaycan Milli Elmlər Akademiyası niyə bu günə düşüb? Bu sualın təbii ki, cavabları var. Onlardan bir neçəsini qeyd etmək istərdim. Bu möhtəşəm məkan zaman-zaman bilərəkdən və yaxud bilməyərəkdən qocalmağa başladı. Bu məkanda çalışmaq istəyən cavanların müxtəlif səbəblərdən yolu bağlandı.

Alim olmaq istəyən gənc bu məkanda heç bir perspektiv görmədi. Yalnız cüzi əmək haqları ilə cavan intellektli gənci burada necə saxlamaq olardı? Digər bir səbəb regionçuluqdur. Bu gün ən böyük fəlakətlərdən biri yerlibazlıq, dostbazlıq və s. faktorlardır. Hansı quruma üz tutursan məmur öz yaxınlarını, yerlilərini ətrafına yığıb. Bu Azərbaycan cəmiyyətinə, dövlətinə zərbədir. Bundan qurtulmaq gərəkdir.

Nəhayət Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları başlanmalıdır. Elmli, imanlı, dövlət tərbiyəsi olan, regionçuluq düşüncəsindən uzaq insanlar Akademiyada, həm də digər dövlət strukturlarında vəzifəyə gətirilməlidir. Bu gün elə təmiz, vicdanlı insanlar var ortada qalıblar.Həmin şəxslərin sabaha ümidləri yoxdur. Onlar öz intellektlərini özləri ilə qəbirə daşımamalıdırlar. Belə insanlara həssas münasibət olmalıdır.

Bir vacib məqamı da qeyd etmək istərdim. Bəzən atalarının gül balaları yağ-bal içində böyüyüb, gedib Avropada təhsil alan gənclərin də qayıdandan sonra Azərbaycanda idarəetmə strukturlarında hansı mənfilikləri etdiyini görürük. Harada təhsil almasından asılı olmayaraq, bu gün elmli, imanlı, dövlət tərbiyəsi olan kadrlara üstünlük verilməlidir.

Digər tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasında maliyyə şəffaflığı məsələləri, bu strukturda çalışanların ixtiralarının, elmi nailiyyətlərinin normal qazanc gətirməməsi və başqa gizli məqamlar araşdırılmalı və ictimaiyyətə dürüst məlumatlar təqdim olunmalıdır.

Sonda onu bir daha qeyd etmək istərdim ki, Milli Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurub fayda verən quruma çevirmək lazımdır.

Əkrəm Bəydəmirli
Ukrayna ordusu türk meydanında Putinə qalib gəldi“Fənərbaxça” azarkeşləri qalibin yanında olsunlar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko “Dinamo Kiyev”lə oyun zamanı “Vladimir Putin” şüarı səsləndirən “Fənərbaxça” klubunun azarkeşləri ilə bağlı açıqlamasında deyib.

“Çempionlar Liqasının oyunu zamanı “Fənərbaxça” azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin, “Dinamo” azarleşləri isə Ukrayna Silahlı Qüvvələrinin adını səsləndirirdilər. Ukrayna ordusu türk meydanında Putinə 2:1 hesabı ilə qalib gəldi. Türkiyəli azarkeşlərə məsləhətim odur ki, qalibin yanında olmaq lazımdır”, - Nikolenko bildirib.