Gəncədə qonşular arasında dava - 3 nəfər xəsarət aldı
Dərc olunub:
19-07-2025, 10:28
Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb.
Avrasiya.net Apa-ya istinadən məlumat verir ki, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır
