Sizin Reklam Burada

ABŞ 2 milyard dollarlıq silah satdı

ABŞ 2 milyard dollarlıq silah satdıABŞ Dövlət Departamenti 4 ölkəyə ümumi dəyəri 2 milyard dollar olan silah satışlarını təsdiqləyib.

Bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, Niderlanda 96 ədəd "Patriot" ballistik raketi və müvafiq avadanlıqların satılmasına razılıq verilib. Müqavilə 1,2 milyard dollar dəyərindədir.

Avstraliyaya 80 ədəd genişmənzilli qanadlı raketlər satılacaq. "Lockheed Martin" şirkəti tərəfindən hazırlanan raketlər F/A-18 və F-35-lərdən buraxıla bilər. Bu müqavilənin dəyəri 235 milyon dollar ola bilər.

Birləşmiş Ərəb Əmirliklərinə ümumi dəyəri 206 milyon dollar olan çoxsahəli sensorlar və uzaqdan məlumat toplama vasitələri daxil olan okeanoqrafik müşahidə avadanlığı sistemi almağa icazə verilib.

Dövlət Departamenti həmçinin Küveytə 397 milyon dollar dəyərində müxtəlif sursatların satışına razılıq verib.

Silah satışları barədə Konqresə məlumat verilib. Konqres təsdiq etdikdən sonra silah satışları həyata keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər