İranda daşqın: 56 ölü, 28 itkinİranda paytaxt Tehran başda olmaqla, ölkənin böyük bir qismində yaranan daşqınlar nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, təbii fəlakət nəticəsində 28 nəfər itkin düşüb:

“Axtraış-xilasetmə işləri davam etdirilir. İndiyə kimi daşqınlardan zərər çəkmiş 3500-ə yaxın insan təcili sığınacaqla təmin olunub, 1500 nəfər isə xilas edilib”.
Müdafiə naziri generallara yeni tapşırıqlar VERDİMüdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrində qışa hazırlıq işlərinin plana əsasən tamamlanmasını tapşırıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir tapşırığını iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.

Müdafiə naziri bölmələrdə xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması, gənc əsgərlərin qəbulu, müvafiq bölmələrdə yerləşdirilməsi, həmçinin Hərbi Andiçmə mərasimlərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına riayət olunmasını təhlil edən general-polkovnik Z.Həsənov bu qaydaların şəxsi heyətə mütəmadi olaraq çatdırılması və onlar tərəfindən ciddi əməl olunmasına daim nəzarət edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Xəzərdə batan şəhid oğlu və qazinin meyiti tapıldıİyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

***

İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini 1971-ci il təvəllüdlü Sübhan Yədulla oğlu Zöhrabovun cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, onun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib.

Mərhumun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ukrayna Baş Qərargahı: "Rusiyanın 40 670 hərbçisi məhv edilib"“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 670 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 759 tank, 3 995 zirehli döyüş maşını, 906 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 733 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 889 avtomobil texnikası və avtosistern, 78 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Cəmil Həsənli Milli Şura sədrliyindən gedirMilli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getməyə hazırlaşır.

Avrasiya.net xəbər verir ki, o, bu barədə "BBC Azərbaycanca"ya müsahibəsində bildirib.

“Mən Milli Şura sədrliyindən getməklə bağlı təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - deyə C.Həsənli qeyd edib.

O, vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.
Qərb yanıldı, Rusiyanın önünü ala bilmir - KorıbkoAmerikalı ekspert Endryu Korıbkonun Ukrayna-Rusiya müharibəsinin hazırkı gedişatı ilə bağlı Axar.az-a mühasibəsi:

- Taxıl ixracı məsələsinin həlli Ukrayna-Rusiya danışıqları üçün stimul ola bilərmi?

- Mən buna tam belə yanaşmazdım, çünki taxıl ixracı məsələsində əldə edilən irəliləyiş dondurulmuş sülh prosesinin canlanmasına heç bir töhfə vermir. Buna səbəb Kiyevin Moskva ilə danışıqlardan imtina etməsidir. Kreml iddia edir ki, bu qərar Ukraynanın amerikalı müttəfiqlərinin təkidi ilə qəbul edilib. Rusiya nümayəndələri dəfələrlə ABŞ-ın Ukraynada “son ukraynalıya qədər” döyüşmək niyəti olduğunu iddia ediblər, Kiyev isə öz növbəsində bildirib ki, bütün xarici qoşunlar Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə çəkilməyənə qədər danışılacaq və müzakirə ediləcək bir şey yoxdur.

- Bildirilir ki, HİMARS Ukraynaya təhvil verildikdən sonra döyüş meydanında “keyfiyyət üstünlüyü” Ukrayna tərəfinə keçib və müharibənin gedişatını müəyyən dərəcədə dəyişir. Bəs bu vəziyət necə, Rusiyanı danışıqlara vadar edə bilərmi?

- Döyüş meydanındakı dinamikada yeganə dəyişiklik odur ki, Rusiya qüvvələri Kiyev qoşunlarını bütün Luqanskdan uğurla çıxardıqdan sonra Donbasdakı hərbi əməliyyatların ikinci mərhələsinə hazırlaşırlar. Ağır artilleriya müharibələrdə həlledici rola malikdir və bu fakt elə də yeni bir şey deyil. HİMARS kimi ağır amerikan silahlarının effektivliyi hələ ki, qeyri-müəyyən olaraq qalır, çünki onlar Kiyevin hansısa bir ərazini geri almasına və ya Moskvanın hər hansı bir siyasi məsələdə birtərəfli qaydada güzəştə getməsinə təsir göstərməyib.

- Sanksiyalardan sonra neft və qazın bahalaşması Rusiyanın gəlirlərinin artmasına səbəb oldu. Sizcə, bu, sanksiyaların təsirini heçə endirirmi?

- Qərb sanksiyaların əks-təsir göstərərək Rusiyanın resurs satışından həmişəkindən daha çox gəlir əldə etməsinə gətirib çıxaracağını gözləmirdi. Onlar Kremlin müflis olacağını və onu Ukraynadan çıxmağa məcbur edəcəklərini düşünsələr də, bu baş vermədi və təxminən yarım il davam edən münaqişədən sonra belə bunun baş vermə ehtimalı demək olar ki yoxdur.
Avropada meymunçiçəyindən ilk ölümAvropada meymunçiçəyi virusundan ilk ölüm baş verib.

Avrasiya.net xəbər verir ki, ölüm faktı İspaniyada qeydə alınıb.

Son statistikaya əsasən, dünya üzrə meymunçiçəyi xəstəliyinə ən çox yoluxma İspaniyada müşahidə olunur. Ümumilikdə isə indiyədən dünyanın 78 ölkəsində 18 mindən çox insanda virusa rast gəlinib. Yoluxmanın 70 faizi Avropanın, 25 faizi isə Amerika qitəsinin payına düşür.
Ukrayna bu strateji şəhəri azad edə bilərUkrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin sağ sahil hissəsini, o cümlədən vilayət mərkəzini azad etmək şansı yüksəkdir.

Bu sözləri Ukrayna mediasına müsahibəsində beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Yuri Fedorov deyib.

"Nə üçün Donetsk vilayətində hücumun rus qoşunları üçün asan olacağına inanılır? Mən bunu görmürəm. Burada kifayət qədər möhkəmləndirilmiş istehkam var. Həmçinin, Slavyansk-Kramatorsk-Baxmut xətti boyunca mövqelər. Rusiya ordusu bu şəhərləri ala biləcək, lakin bu proses bir ayın məsələsi deyil”, - Fedorov bildirib.

Ekspertin fikrincə, Donetsk vilayətinə hücum zamanı Rusiyanın logistika və əvvəlki kimi mərmi tədarükünü təmin edib artilleriya zərbələri endirməsi çətindir:

"Ümumiyyətlə, hərbi əməliyyatların mənzərəsi belədir ki, Xarkov vilayətində indiki mövqe müharibəsi 2-3 ay davam edə bilər. Ümid edirəm ki, Rusiya qoşunlarının Donetsk vilayətində hücumu çox ləng olacaq".
Xəzərdə batan şəxslərdən birinin meyiti tapıldıİyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.