Cəbrayılda əlləri bağlı kişi meyiti tapıldıİyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında, təxminən, 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.

Cəbrayıl Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin xarici zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək vardır.

Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.
Prezident və xanımı 2 nömrəli doğum evində - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verilib.

Azərbaycanda əhalinin sağlamlığı hər zaman dövlət siyasətinin mərkəzində dayanır. Bu baxımdan ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-teхniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr insanların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi və əsaslı şəkildə yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması bunun əyani təsdiqidir.

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Məlumat verildi ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var. Tibb ocağında 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyindədir.

Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar bir məqsədə - əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Bu prosesdə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Bütövlükdə əhalinin, xüsusən də ana və uşaqların sağlamlığının qorunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Bu doğum evinin əsaslı şəkildə yenidən qurulması da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha bir əyani təsdiqidir.
Donetskdə həbsxana vuruldu: 50 ölü, 75 yaralıUkraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsində həbsxanaya hücum edilib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

İddia olunur ki, hücum Ukrayna ordusu tərəfindən həyata keçirilib. İnsident nəticəsində 50 nəfərin öldüyü, 75-nin isə yaralandığı bildirilir.

Ukrayna tərəfi hücumla bağlı hələ ki heç bir açıqlama verməyib.

Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Türkiyə NATO ölkələrinə çağırış edib“NATO müttəfiqlərimiz də daxil olmaqla bütün dünya ölkələri Türkiyənin Rusiya ilə Ukrayna arasındakı vasitəçilik səylərini dəstəkləməlidir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.

“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə danışa bilən, hər iki tərəfin inamını qazanmış dövlətdir. Türkiyə artıq beynəlxalq prosesləri kənardan izləyən dövlət deyil. İstanbulda imzalanan sazişlə qlobal səviyyədə qida böhranının qarşısını aldıq. Türkiyə indiyədək olduğu kimi, bundan sonra da səylərini regionda sabitliyin təmin olunmasına sərf edəcək”, - o bildirib.
"Əbu-Bəkr" məscidi yeni adla fəaliyyət göstərəcəkBakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.

"Report"un əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.

Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.
Moskvada hostel yandı: 8 ölü, 4 yaralıBu gün gecə saatlarında Moskvada hostel yanıb.

Axar.az xəbər verir ki, hadisə Almatı küçəsində yerləşən 16 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Yanğın nəticəsində 8 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Alov 150 kvadrat metr ərazini əhatə edib.
AMEA-nın gələcək fəaliyyət istiqamətləri açıqlandıAkademiyanın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür. Onlara elmi-metodiki köməklik göstərmək isə Akademiyanın fəaliyyət istiqamətləri sırasındadır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, xüsusən elmi istiqamətlərin, proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən yerinə yetiriləcək:

“AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlahiyyətlərini özündə saxlayır”.

İ.Həbibbəyli söyləyib ki, yeni format yeni liderlər yetişdirəcək.
Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyev cənabları Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı proqram xarakterli çıxışı zamanı bir sıra sahələrlə yanaşı ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülmüş işlərdən geniş bəhs etmişdir. Cənab Prezident çıxışı zamanı yeni təyin olunan icra başçılarına rəhbərlik etdikləri rayonlara həm yerli, həm də xarici sahibkarların cəlb edilməsi tapşırığını vermiş və sahibkarlığın inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini xüsusi vurğulamışdır.

Məlumat üçün bildiririk ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəmizə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır. Çar Rusiyası dövründə formalaşmağa başlayan milli sahibkarlığın inkişafı istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti dövründə geniş şərait yaradılmış və bir sıra qərarlar qəbul edilmişdir. Lakin 23 aylıq fəaliyyət dövrü olan AXC-nin süqutundan və Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra sosializm tədbirləri çərçivəsində sahibkarlıq ləğv edilmişdir. Sovet imperiyası dağıldıqdan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycanda bütün sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da yeni bir mərhələnin başlanğıcı qoyulmuş oldu. Xüsusi olaraq qeyd etməliyik ki, müstəqil Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Sevindirici haldır ki, hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gələn vəzifələr uğurla icra edilir.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir.

Cənab Prezidentin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Hal-hazırda ölkədə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında və investisiya qoyuluşunda yerli və xarici sahibkarların cəlb edilməsi olduqca önəmlidir. Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadiyyatımızın inkişaf strategiyasının cənab Prezidentimiz tərəfindən mükəmməl şəkildə icra edildiyinin bariz sübutudur.

Gülnar Muradova
Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
“Azərbaycanda kişi və qadın çimərlikləri ayrı olmalıdır”Hacı Təyyar Hüseynli qalmaqallı çimərlik açıqlamasına aydınlıq gətirib.

O, “Yeni Sabah”a şərhində bildirib ki, qadınların çimərliyə getməsinin qadağan olunması haqda heç nə deməyib: “Şərhlərdə mənə qarşı çıxan qadınlar müasirlik adı altında abır həyadan çıxmış qadınlar ola bilər. Normal qadın və kişi mənim bu fikrimə mənfi yanaşa bilməz.

Ümumiyyətlə, islam dinini kənara qoysaq çimərlik mövzusuna milli kimlik qatılmalıdır. Azərbaycanda çimərlik mədəniyyəti Azərbaycanın milli kimliyinə uyğun olmalıdır. Hər yay bədbəxtçiliklər baş verir. Mənəvi nöqteyi-nəzərdən çimərliklərə nəzarət olmalıdır.

Azərbaycanda kişi qadın çimərliklərinin ayrı olmasını və ya bir qədər məsafə olmasının tərəfindəyəm.

Bizdə hamı ailəvi bir yerdə yatır, bir yerdə hamama girirlər?! Belə tərbiyəsizlik olar?!

Ailəvi hamama girirsinizsə çimərliyə də hamılıqla girin! Bu mədəniyyəti bizə sırıyıblar.

Çimərlikdən istifadə etmək xeyirdir. Mən çimərlikdə paltarla çimməyin tərəfdarı deyiləm. Dənizdə paltarla çimmək olmaz, boğulma halı baş verə bilər. İnsanlar çimərlikdə rahat hərəkət etməkdən ötəri çimərliyə uyğun olan xüsusi paltar geyinməli, hətta eynəkdən istifadə etməlidir. Hər də şey qədərində olmalıdır. Amma başqa işlərlə məşğul olmamalıdır spirtli içki siqaretdən sonra nələrin baş verməsi sual altındadır”.
Ukraynalı əsirlər Donetskdə vuruldu: 40 ölüDonetsk vilayətinin Yelenovski düşərgəsində saxlanılan 40 ukraynalı əsir ölüb.

Axar.az xəbər verir ki, bu barədə Donetsk separatçıları məlumat yayıb.

Separatçıların məlumatına görə, daha 130 nəfər isə yaralanıb. Bildirilir ki, ölənlər arasında əsir azovçular da var.

Rusiya tərəfi əsirlərin ölümündə Ukrayna ordusunu günahlandırır. Onların iddiasına görə, Ukrayna ordusu düşərgəni HİMARS sistemləri ilə vurub.

Rusiyanın “Komsomolskaya pravda” qəzetinin jurnalisti Aleksandr Kots bildirib ki, Ukrayna əsirlərin olduğu ərazini qəsdən vurub.

Vurulan ərazi ilə bağlı Rusiya tərəfi hələlik heç bir görüntü təqdim etməyib.