Sizin Reklam Burada

"Bizim üçün önəmli olan Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyidir"

"Bizim üçün önəmli olan Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyidir"Hər kitabın oxucuların diqqətini cəlb etmək baxımından bir “qızıl dövrü” olur. Cəmilə Həsənzadənin müəllifi olduğu "Təbrizin sehrli nağılları" kitabının da öz “qızıl dövrü”nü yaşaması üçün görünür, məhz İsrail səfirinin bu kitabla bağlı paylaşım etməsi lazımmış. Məhz həmin paylaşımdan sonra sözügedən kitab sosial mediada sürətlə trendə çevrildi. İndi bu kitabla bağlı ictimai fəallardan tutmuş siyasətçilərə qədər bir çoxları paylaşım edir. Ancaq məsələ kimlərin trendə qoşulub-qoşulmamasında deyil. Bu bir könül və dünyagörüş məsələsidir, kim istəsə qoşula bilər. Qoşulmaq istəməyəni isə kimsə buna məcbur edə bilməz.

Əsas məsələ Qumdakı, Məşhəddəki, Tehrandakı müctəhidlərin, ayətullahların aşiqinə, ardıcılına, tərəfdarına çevrilmiş bəzi iranpərəst gənclərimizin bu trendə qoşulanların paylaşımlarına verdikləri aqressiv reaksiyalardır. Belələri İsrail səfirinin "Təbrizin sehirli nağılları"nı paylaşmasını, Pentaqonun keçmiş əməkdaşı Maykl Doranın bu paylaşıma dəstək verməsini ABŞ və İsrailin İrana qarşı siyasi qıcıqlandırması kimi, İsrail səfirinin İran ilə bizim əlaqələrə zərbə vurmaq niyyəti kimi, təxribat kimi qələmə verməyə çalışır və bildirirlər ki, Azərbaycanı belə təxribatlarla yeni müharibə mərkəzinə çevirmək istəyirlər.

Əslində belələrinin bu cür əks fikirlərlə çıxış etmələrinin səbəbi heç də onların Azərbaycanı çox istəmələri, ölkəmizin gələcəyi üçün gerçəkdən narahatlıq hissi keçirmələri ilə bağlı deyil. Onların əsas məramı, məqsədi İrandakı “ağa”larına yarınmaq, ilk növbədə məhz İranın maraqlarını müdafiə etməkdir. Bizim üçün isə nə İranın, nədəki İsrailin və ABŞ-ın maraqları önəmli deyil. Bu ölkələrin arasında cərəyan edən geosiyasi mübarizə birinci il deyil ki, davam edir. Bizim üçün önəmli olan Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyidir.

Biz bütün diqqətimizi məhz bu məsələnin üzərində cəmləşdirməliyik. Güney azərbaycanlıların taleyi hər zaman diqqət mərkəzimizdə olmalıdır. Səfir də sağolsun ki, məlum paylaşımı ilə, Təbrizi gündəmə gətiməklə, dünyanın diqqətini həm Təbrizə, həm də burada yaşayan azərbaycanlılara yönəltdi, bizim ikiyə bölünmüş xalq olduğumuzu vurğulamış oldu. Önəmli olan bax budur. Bunu hansı ölkənin səfirinin etməsi elə də önəmli deyil. Əsas odur ki, güneyli soydaşlarımızın hazırkı durumu dünyanın diqqətini cəlb etdi. Bundan sonra Təbrizlə, Urmu gölünün vəziyyəti ilə, Güney Azərbaycandan olan siyasi məhbusların ağır durumu ilə maraqlananların sayı yəqin ki, get-gedə artacaq. Yaxşı ki, “Təbrizin sehirli nağılları” var.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər