Novxanıda dənizdə iki nəfər batdı
Dərc olunub:
20-07-2025, 11:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Avrasiya.net-ə verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
