"Prezident İlham Əliyev çıxışında bir neçə cəsarətli bəyanatları da oldu"
Vasif Əfəndi
Politoloq
Prezident İlham Əliyevin Xankəndindən ulusa səslənişində Azərbaycanın dünyada baş verən “yeni düzən” layihəsində harada mövqe tutacağı və gələcəkdə hansı proseslərin baş verəcəyini öngörərək bir neçə istiqamətlər açıqlandı və gələcək perspektivlər göstərildi. Prezident İlham Əliyev bu çıxışında bir neçə cəsarətli bəyanatları da oldu. Bu bəyanatların içərisində diqqətçəkən məqamlardan biri də Rusiyanın Ukrayanaya qarşı təcavüzünə sərt münasibət göstərməsi və Ukrayna xalqına torpaqlarının işğalı ilə razılaşmaması tövsiyə etməsi idi. Putin hakimiyyətinin Azərbaycana qarşı total basqıları fonunda belə açıq və cəsarətli bəyanat İlham Əliyevin beynəlxalq nüfuzunu daha artırmış oldu. Gürcüstanın keçmiş prezidenti M.Saakaşvilinin Qarabağ zəfərimizə necə nail olmağımız barədə prezidentimizə sual edərkən İlham Əliyevin “bir an da olsa Qarabağın işğalı ilə barışmamaq istəyi bizi bu qələbəyə gətirib çıxartdı” cavabı bu gün Ukrayna üçün nümunə ola bilər və onu da İlham Əliyev tövsiyə etdi.
Bir istiqamət də Güney Qafqazda sülh şəraitində yaşmağın vacibliyi barədə çıxışı idi.Ona görə də ilk növbədə Ermənistanla sülh müqaviləsinin bağlanmasının tezləşdirilməsi çox vacibdir. Prezident də bu məqama xüsusi diqqət ayrıdı. O, Zəngəzur dəhlizinin açılması və kommunikasuiya xətlərinin çəkilməsinin sürətləndirilməsini qeyd etdi. Aydındır ki, Ermənistanla sülh hələ Qafqazda əmin-amanlığın bərqərar olacağı tam qarantiyalı deyil, çünki, Gürcüstan faktorunu da nəzərə almalıyıq. Son bir neçə ildə Rusiyanın Gürcüstana təsirinə qrafik üzrə baxsaq yüksələn xəttlə artır. Qarşımızda dayanan ən çətin mərhələ Rusiyanın Qafqaza təsir qüvvəsini sıfırlamaq olacaqdır. Prezident İlham Əliyevin vurulmuş sərnişin təyyarəsinin araşdırılmasını beynəlxaq məhkəməyə daşıması niyyəti də bu qəbil addımlardandır.
Son xəbərlər
