Sizin Reklam Burada

İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb

İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıbİsrailin Ukraynadakı səfirliyi vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin Kiyevdəki səfirliyi feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına yəhudilərin yığcam yaşadığı Uman şəhəri daxil olmaqla Ukraynaya səfər etməməyə çağırıb:

“Ukraynada əhalinin məskunlaşdığı ərazilərə və mülki obyektlərə, o cümlədən ölkənin mərkəzində və qərbində raket zərbələri və hava hücumları təhlükəsi qalmaqdadır. Bu, həyat üçün real təhlükədir”.

Qeyd olunub ki, İsrail səfirliyinin əməkdaşları daimi əsaslarla Ukraynada deyillər və ehtiyac olduğu halda konsulluq yardımı göstərə bilməyəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər