Qəzaya uğrayan təyyarənin qara qutularının məlumatları deşifrə edilib

Hindistanın Mülki Aviasiya naziri Kinjarapu Rammohan Naidu bildirib ki, Hava Qəzalarını Araşdırma Bürosu (AAIB) iyunun 12-də Əhmədabad (Hindistanın Qucarat ştatı) yaxınlığında qəzaya uğrayan Air India aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qara qutularının məlumatlarını deşifrə edib.

"AAIB keçən ay qəzaya uğrayan Air India təyyarəsinin qara qutularını deşifrə etməyi bacarıb. Yekun hesabat təyyarə qəzasının səbəbini açıqlayacaq”, - deyə Naidu Hindistan parlamentinə AAIB-nin qəzanın araşdırılmasında “mütləq qərəzsizliyini” vurğulayaraq bildirib.

Nazir mətbuatda təyyarə qəzasının səbəbləri ilə bağlı çoxsaylı versiyalara diqqət çəkib. "Mən təkcə Hindistan mediasında deyil, həm də Qərb mediasında öz nöqteyi-nəzərini təbliğ etməyə çalışan çoxlu yazılar görmüşəm. Amma gəlin istintaq prosesinə hörmətlə yanaşaq", - o, çağırıb.

Xatırladaq ki, iyunun 12-də Air India aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsi havaya qalxdıqdan sonra Hindistanın qərbində Əhmədabad yaxınlığında yaşayış məntəqəsinə çırpılıb. Təyyarə Londona uçurdu. Qəza nəticəsində 275 nəfər həlak olub - 241-i təyyarədə, 34-ü isə yerdə.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər