star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Çin bu avtomobillərin satışını qadağan edəcək

Çinin Sənaye Nazirliyi avtomobillərin ilkin qeydiyyatından sonra altı ay ərzində onların təkrar satışını qadağan etməyi planlaşdırır.

Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu tədbir “sıfır yürüşlü” ikinci əl avtomobillərin satışı ilə mübarizə məqsədi daşıyır.

Bildirilir ki, belə avtomobillər dünyada ən iri avtomobil bazarında satış uğrunda aparılan sərt rəqabət nəticəsində populyarlaşıb. İstehsal gücünün artıq olması qiymət “müharibəsi”nə səbəb olub və bu vəziyyət artıq bir neçə ildir davam edir.

Agentliyin məlumatına görə, çinli avtomobil istehsalçıları və dilerlər tez-tez yeni avtomobilləri satılmadan əvvəl sığortalayırlar ki, bu da onlara satış planlarını yerinə yetirməyə imkan verir. Lakin bu hal müştərilər üçün narahatlıqlar yarada bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər