Təcili: Əliyevlə Paşinyanın görüşü hazırlanır
Dərc olunub:
26-07-2022, 13:07
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşiyanın görüşü hazırlanır.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim Mülki Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Eduard Ağacanyan deyib.
“Ermənistan və Azərbaycan rəsmiləri iki ölkə liderlərinin görüşünün keçirilməsi haqqında danışıqlar aparır. Bu artıq dəqiqdir. Amma konkret vaxtı deyə bilmərəm”, - Ağacanyan bildirib.