AMEA-nın ləğvi təklifinə dəstək gəldi - Qərar gözlənilirSon günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yarıtmaz fəaliyyəti ciddi tənqidlərə tuş gəlib. AzTV-nin AMEA-nı "vuran" süjetindən sonra ölkənin elm ocağının ləğv olunması, ya da Təhsil Nazirliyinə birləşdirilməsi təklif edilir.

Bəs, ahıl insanların yığıncaq yerinə çevrilən AMEA ləğv oluna bilərmi?

Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, bütün dünyada hər 5 ildən bir elm sahələrinin inkişaf strategiyaları hazırlanır. Deputatın sözlərinə görə, elmin inkişaf strategiyaları əsasında elmə ayrılan vəsaitlərə, elmi tədqiqatların aktivlik indeksinə və sənaye tətbiqinə baxılır:

“Bu gün geniş spektrli işlərdə elm mərkəzləri çox böyük rol oynayır. Ancaq indiki vəziyyətdə AMEA ölkədə elmin missiyasını həyata keçirə bilmir. Mütləq hansısa dəyişiklik olmalıdır. AMEA-da struktur dəyişikliyindən, gəncləşmə siyasətindən tutmuş, əlavə institutların qalıb-qalmaması, ayrılan vəsaitin nəticəyönümlü xərclənib-xərclənməməsi məsələləri müzakirə olunmaldır. Çox təəssüflər olsun ki, AMEA son 10 ilə yaxın müddətdə özünün durğunluq dövrünü yaşadı. Ramiz Mehdiyevin təyinatından sonra intriqalar gücləndi, alimlər arasında qarşıdurmalar artdı. Əlavə yaradılan strukturlar elmin inkişafına heç bir təsir göstərmədi. Ayrı-seçkiliklər, yerlibazlıqlar, elmə yad olan məsələlər daha qabarıq şəkildə özünü göstərdi”.

E.Əliyev hesab edir ki, indiki durumda Elm və Təhsil Nazirliyinin yaradılmasına böyük zərurət var:

“İnstitutların birləşdirilməsi məsələsi önə çəkilə bilər. Elə institutlar var ki, bir istiqamətdir, ancaq şaxələnib bunların birləşdirilməsi islahatların tərkibinə daxil ola bilər. Hər halda AMEA-dakı ətalət aradan qaldırılmalıdır, bunun üçün ciddi siyasi qərarlara ehtiyac var. Elmi tədqiqatların aparılması hər bir ölkənin sənayesinin, iqtisadiyyatının hərəkətverici qüvvəsidir və bu bütün dünyada qəbul olunub. Təəssüflər olsun ki, AMEA bu funksiyanı yerinə yetirə bilmir. Elm adamlarının, akademiklərin demək olar ki, bütün məsələlərdə ictimai rəyə təsiri çox zəifdir. AMEA haqqında siyasi qərarın qəbul olunmasına ehtiyac var”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi təklifinə münasibət bildirib. Nazir deyib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var:

"Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir".
Goranboyda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübGoranboy rayonunda 25 yaşlı gənci ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, Goranboy rayon sakini, 1997-ci il təvəllüdlü S.Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
"AMEA-nı ləğv etmək çox asandır"Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı süjetin yer alması bugünlərdə cəmiyyətdə "Elmlər Akademiyası ləğv olunsunmu" səpkisində müzakirələrin yenidən aktuallaşmasına səbəb olub. Biz demək olar ki, hər iki-üç ildən bir ölkədə bu mövzuda kəskin diskussiyaların şahidi oluruq. Lakin həmin diskussiyalar bir müddətdən sonra səngiyir, mövzu da öz aktuallığını itirir, AMEA sistemində isə heç bir dəyişiklik, yenilənmə baş vermir və yaxud da ki, bu nəhəng elm mərkəzinin ləğv edilməyə başlanmasını görmürük.

AzTV-nin AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlərin əks olunduğu məlum süjetdən sonra Akademiyanın fəaliyyətində hər hansı bir dönüş başlayacaqmı və yaxud, bu strukturun ləğvinə start veriləcəkmi - bu gün bu barədə də hər hansı bir qəti fikir söyləmək mümkün deyil.

Ancaq məhz həmin süjetin yayımlanmasından sonra, "AMEA ləğv olunmalı, onun bazasında bir neçə universitet yaradılmalıdır", deyə ənənəvi təkliflə çıxış edənlərin sayı əvvəlki illərlə müqayisədə indi biraz da artıb. Əlbəttə, AMEA-nı ləğv etmək çox asandır. Bunu bir sərəncamla necə deyərlər, bir göz qırpımında reallaşdırmaq mümkündür. Eyni zamanda Şuşada, Ağdamda və hətta Xocalıda, Xankəndidə də universitetlər açmaq mümkündür. Ancaq Qarabağın və Şərqi Zəngəzurun müxtəlif şəhərlərində gələcəkdə açıla biləcək universitetlərin AMEA-nın ləğvi və ya saxlanması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bunlar tamam fərqli məsələlərdir.

Zənnimcə, biz hazırkı mərhələdə "Elmlər Akademiyası ləğv olunsunmu" sualına optimal cavab axtararkən ilk növbədə Akademiyanın ləğv edilməsinin bizə nə verəcəyi və ya hansı fəsadlara səbəb ola biləcəyinə tam aydınlıq gətirməliyik. Həmçinin, akademiya sistemini qoruyub saxlayan ölkələrlə, yerli akademiyaları ləğv edən ölkələrin yaxşı-pis təcrübələrini də mütləq və mütləq nəzərdən keçirməliyik.

Sadəcə, AMEA-nı ləğv etməklə və onun bazasında bir neçə elmi-tədqiqat institutu və ya universitetlər yaratmaqla hər şeyin yoluna düşəcəyini və elm-təhsil sferasında dərhal böyük bir canlanmanın baş verəcəyini düşünməyimiz sadəlövhlük olardı. Bu sahədə hər şeydən öncə uzunmüddətli köklü islahatların aparılmasına ciddi ehtiyac var. Həm də elmə, elmi-texniki tərəqqinin perspektivlərinə münasibətimiz kökündən dəyişməlidir. Ortaya yeni yanaşmalar qoymalıyıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Elmin gerçək üzüAzərbaycan Milli Elmlər Akademiyasının elmin təkanverici mərkəzi funksiyasını yerinə yetirə bilməməsi, qlobal trendlərdən və inkişaf proseslərindən geridə qalması uzun müddətdir ki, müzakirə mövzusudur. Mövzu ilə bağlı son 15 il ərzində bir neçə dəfə yazı ilə çıxış etmişəm, sözügedən təsisatın mövcud idarəçilik mexanizmləri və yanaşmalarla irəliyə doğru bir addım da ata bilməyəcəyini bildirmişəm. Bu kimi məqamlara yenidən qayıtmaq istəmirəm. Bu yazıda isə dünyada mövcud olan elmlər akademiyalarının bir qismi ilə bağlı məlumatları və baxışlarımı dəyərli oxucularla bölüşmək istəyirəm.
Beləliklə texniki tərəqiddə ön sıralarda yer alan Yaponiyadan başlayaq:

Yaponiya Elmlər Akademiyası ölkənin Təhsil, mədəniyyət, idman, elm və texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərir, elmin inkişafına töhfə verə biləcək layihələri maliyyələşdirir, həmçinin yüksək akademik nəticələrə nail olan alimlərə bir sıra güzəştlər təqdim edir. Vəssalam! Onu da qeyd edim ki, Yaponiyada çoxsaylı müstəqil elmi-tədqiqat institutları da mövcuddur və onlar elmi kəşfləriylə biznesin lokomativi rolunda çıxış edirlər. “Çörəkləri” də kəşflərindən çıxır. Yəni Yaponiyada əlindən heç bir iş gəlməyən, elmi-texniki inkişafı əngəlləyən fərsizlərə münasibətdə “filankəsin çörəyinə bais olmaq” kimi yanaşmalar yoxdur. Çünki hər kəs öz potensialını büruzə verə biləcəyi yerdə və sahədə çalışır. Bu arada bir məqama da diqqət çəkməyi özümə borc bilirəm: Bu “çörəyə bais olmaq” “fəlsəfəsi” ki, var, bizi inkişafdan saxlayan ən böyük maneələrdən biridir. Baxırsan, kimsə daha intellektual, daha bacarıqlı, daha işgüzar və birgəyaşayış qaydalarına əməl etməyi bacaran, kəsəsi cəmiyyət üçün hər mənada faydalı olan bir adamın yerini tutur və sözün bütün mənalarında əyləc funksiyasını yerinə yetirir. Amma beləsini kənarlaşdırmaq, işi irəli apara biləcək kadrla əvəz etmək istəyəndə, “çörəyə bais olmaq” “fəlsəfəsi” nəinki ictimai qınaq, linç üçün əsasa çevrilir. Ah-nalə, qarğış və milli mentalitetimizin daha neçə-neçə bəşəriyyətin kəşf və dərk edə bilməyəcəyi neqativ təzahürləri qoşun kimi hücuma keçir. Nəticədə isə yerində saymalı olursan...

Nə isə keçək mətləbə... Göründüyü kimi, Yaponiya kimi bir ölkənin Elmlər Akademiyası aid olduğu nazirliyin bir təsisatı kimi fəaliyyət göstərir, yekə-yekə institutları-filanı yoxdur. Amma Yaponiyanın 25 Nobel laureatı var. Daha 3 nəfər isə, mənşə etibarilə yapon olsalar da, başqa ölkələrin vətəndaşları kimi bu mükafata layiq görülüblər.

Dünyanın ən qədim elmlər akademiyalından biri də Fransa Elmlər Akademiyası İnstitudur. 1666-cı ildə yaradılıb və bir neçə dəfə reformlara məruz qalıb. Fransa Elmlər Akademiyası institunda sonuncu islahat 2002-2003-cü ildə həyata keçirilib. Hazırda qüvvədə olan qaydalara əsasən, təsisatın seçkili orqanlarında təmsil olunan şəxslərin ən azı yarısının yaşı 55-dən aşağı olmalıdır. Quruma müxbir üzvlərin qəbulu 2003-cü ildən dayandırılıb. Və Fransa vətəndaşları arasında Nobel mükafatı alanların sayı 60 nəfərdir. Onlardan biri – Mariya Küri Nobel mükafatına 2 dəfə layiq görülüb.

Başqa bir nümunə:

Finlandiya Elmələr Akademiyası təhsil və mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərir və əsasən yüksək keyfiyyətli elmi tədqiqatları maliyyələşdirən elmi-təqdiqat ekspert təşkilatı funksiyasını yerinə yetirir. 5,5 milyon sakini olan Finlandiyanın isə, nə az, nə çox 4 Nobel mükafatı laureatı var...

İndi dünyanın ən qədim elmlər akademiyalarından biri - 80 Nobel laureatı olan üzvüylə fantastik nəticə göstərən Almaniyanın Berlin-Brandenburq Akademiyası ilə bağlı bəzi məlumatlara nəzər salaq: Deməli, sözügedən akademiyanın layihələrinin mütləq əksəriyyəti, təxminən 90%-i üçüncü şəxslər, yəni biznes strukturları və müstəqil fondlar tərəfindən maliyyələşdirilir. Kəsə desək, Almaniyaya və dünyaya 80 Nobel mükafatçısı bəxş edən akademiya dövlət büdcəsindən asılıb qalmayıb.

Dşünürəm ki, əhalisinin sayı 9,2 milyon nəfər olan İsrailin Elmlər Akademiyasının fəaliyyəti haqqında məlumatlar da Azərbaycan oxucusu üçün maraqlı olacaq. Açıq mənbələrdən əldə edilməsi mümkün olan statistikaya görə, yəhudilər arasında Nobel mükafatı alan şəxslərin sayı 213 nəfərdir. Başqa bir etibarlı mənbədə dünyada iqtisadiyyat üzrə Nobel mükafatı alanların 41%-nin, tibb üzrə 28%-nin, fizika üzrə isə 19%-nin yəhudi olduğu bildirilir. Akademiyanın üzvləri arasında Nobel mükafatı laueratı olanların sayı isə 5 nəfərdir. Akademiya dövlət təsisatı olsa da, büdcəsinin əhəmiyyətli hissəsini kəşflər və onların tətbiqi nəticəsində əldə olunan gəlirlər və hətta reklam gəlirləri təşkil edir.

Qənaətimə görə, ayrı-ayrı ölkələrin təcrübəsindən təqdim etdiyim nümunələr oxucularda bütövlükdə “Elmlər Akademiyası necə olmalıdır” sualına cavab tapmaq üçün müəyyən təsəvvür oyatdı...
Mənə qalarsa, elm, təhsil və və bu iki mühüm istiqamətin özünü büruzə verə biləcəyi sahələr iç-içə fəaliyyət göstərməli və hər ikisi gəlir gətirməli, istedadlı, intellektual, bacarıqlı və işgüzar insanlar üçün cazibədar olmalıdır. Cazibədarlığın öılçüləri isə dünyanın hər yerində eynidir…

Elçin Mirzəbəyli
Rusiyanın “Bayraktar” əldə etməsi maraqlarımıza ziddirRusiyanın “Bayraktar” PUA-larını əldə etməsi Azərbaycanın maraqlarına cavab vermir.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən söz açan politoloq hesab edir ki, Ankara “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına razılıq verə bilər.

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Görüş ərəfəsində belə xəbərlər yayılır ki, Türkiyənin “Bayratdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər. Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib. Rusiya prezidentinin mətbuat katubu Dmitri Peskov deyilənləri təsdiq edib: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”.

"Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşacaqmı" sualına gəlincə, Elxan Şahinoğlu bunu istisna etməyib:

"Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir. Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraktar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraktar” əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?".

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Soçidə keçiriləcək görüşdə bir sıra vacib mövzuları, o cümlədən hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər. Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir.

Peskovun fikrincə, Putin və Ərdoğan arasında keçirilən hər görüş aktual mövzuları gündəmə gətirir. Bu baxımdan böyük ehtimalla avqustun 5-də hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunulacaq.
Gürcüstana keçmək istəyən azərbaycanlılar TUTULDUAzərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda deyilir:

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99-KG-752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə marixuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 Azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.

Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Müştərini döyərək öldürən idmançıya 10 il həbs verildiBakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Şahbazov 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sevgilisi tərəfindən küçədə bıçaqlanan qız öldüBalakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.

Məlumata görə, Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
İran Bakının müraciətini alqışladıD-8-in genişləndirilməsi və yeni üzvlərin qoşulması onun məqsədlərinin həyata keçirilməsi üçün bir vasitə rolunu oynayacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük üçün müraciətilə bağlı açıqlamasında deyib.

Abdullahian İranın Azərbaycanın D-8-ə qoşulmaq hazırlığı və istəyini alqışladığını bildirib:

“Təşkilat yeni üzvləri qəbul etmək üçün sürətlə hərəkət etməlidir”.

Qeyd edək ki, D-8 – 8 müsəlman dövlətindən ibarət iqtisadi əməkdaşlıq təşkilatıdır. Təşkilata Türkiyə, Pakistan, Banqladeş, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya daxildir.
“Tbilisidə azərbaycanlı jurnalist İvanişvilinin əmrilə oğurlanıb”2017-ci ildə Azərbaycanlı jurnalist Əfqan Muxtarlı oğurlanıb və Gürcü Arzusunun təsisçisi Bidzina İvanişvilinin əmrilə zorla Bakıya aparılıb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin keçmiş müavini Soso Qoqaşvili bildirib.

Goqaşvili bu məlumatı iyulun 26-da Rustavidə cəza çəkdiyi həbsxanadan göndərib. Goqaşvilinin məktubu sosial şəbəkədə onun səhifəsində dərc edilib.

Qoqaşvili bildirir ki, bu iş üzrə bütün sübutlar Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat-Texniki Departamenti tərəfindən məhv edilib.

2017-ci ilin mayında Əfqan Muxtarlını Gürcüstanın güc strukturları oğurlayıb və sərhəddə Azərbaycan tərəfinə təhvil veriblər. Onu Bakıya gətiriblər və 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittihamları altı il müddətinə azadlıqdan məhrum ediblər.

2020-ci il martın 17-də məhkəmə Muxtarlının cəzasını yüngülləşdirib, o azad edilib və Almaniyaya mühacirət edib.

Muxtarlı Qoqaşvilinin məlumatına reaksiya verərək bildirib ki, özünün oğurlanması işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbərinin dindirilməsinə nail olmaq niyyətindədir.

"Hüquqşünasla məsləhətləşdikdən sonra biz necə hərəkət edəcəyimizə qərar verəcəyik. Biz mütləq Soso Qoqaşvilinin prokurorluqda ifadə verməsinə çalışacağıq", - Əfqan Muxtarlı bildirib.

yenisabah.az