Ramin İsayevin 15 il həbsi istənilir

"SOCAR-AQŞ" MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı yekun çıxış edib.

Prokuror bildirib ki, Ramin İsayevə xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla ona qeyd olunan maddələrin sanksiyasının yuxarı həddindən cəza təyin edilməli, konkret olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməlidir.

Bundan əlavə, İsayevin üzərinə həbs qoyulmuş çoxsaylı əmlaklarının da müsadirə olunması istənilib.

Hakim Vüqar Quliyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə 1 həftə vaxt verib.

Qeyd edək ki, sabiq "SOCAR-AQŞ" rəhbəri 2 il əvvəl-2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan həbsdədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər