15 iyul dövlət çevrilişi, yoxsa FETÖ məğlubiyyəti?
Bu gün 15 iyul 2016-ci il saat 20:30 -da Türkiyədə baş verən "Dövlət çevrilişi" –dən 6 il keçir.
Həqiqətənmi baş verənlər "FETÖ" tərəfində həyata keçirilən çevriliş idi? Ya hakimiyyətin Fətullah Gülənə və camaatına qarşı hazırlanan gizli bir planı?
Bu məsələyə müxtəlif aspektlərdən baxsaq müxətlif cavablar alarıq. Türkiyədə yaşayan vətəndaşlar bir mənali olaraq Fətulla Güləni "FETÖ" terror təşkilatının başçısı kimi qəbul edir. Qəbul etməyənlər də qorxularından sususr ki, onlara "FETÖ" damğası vurulmasın.
Məsələyə Türkiyə xaricindən baxsaq Ərdoğan hakimiyyətinin təşkil etdiyi 15 iyul 2016-ci il hadisəsi səhnələşdirilmiş növbəti "Dövlət çevrilişi" kimi görərik.
Heç kimə sirr deyil ki, Fətulla Gülən nüfuzlu bir şəxs kimi vaxtılə Türkiyə Prezidenti R.T. Ərdoğana yaxın və etibarlı adamlardan biri olub.
(Heç təsadüfü deyil ki, 2008-ci ilin iyun ayında ABŞ-ın məşhur "Foreign Policy" jurnalının internet üzərindən keçirdiyi "Dünyanın yaşayan ən böyük intellektual insanı" adlı sorğusunda Fətulla Gülən "dünyanın ilk 100 intellektual insanı" olaraq qalib seçilmişdir..
Hal-hazırda Amerikada yaşayan Gülən tirajı milyonları keçən səsli video görüntülü və yazılı əsərləri ilə dünyanın ən çox izlənilən və oxunan fenomenlərindən biridir. Müxtəlif jurnal və qəzetlərdə çox sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi cavablarını əks etdirən səs və video qeydləri vardır.)
1990-cı illərdə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da, çoxlu dini təriqət, məzhəb və cərəyanları təbliğ edən qruplar öz fəaliyyətlərinə başladılar. Buraya əsasən Türk, Ərəb və İran dini liderlərinin əqidələrini təbliğ edən qruplar daxil idi. Fətullah Gülənin "Hizmət Camaatı" əsasən "Nurçuluğu" təbliğ etməklə yanaşı Azərbaycanda elm və təhsil sahəsində müsbət mənada çox işlər görməyi bacarmışdır. Bu "Hizmət Camaatı" ölkəmizdə "CAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ" şirkəti adı altında təbliğatlarını aparmaq üçün Liseylər, Universitet, hətta TV və diğər mətbuat orqanları ilə uğurlar qazanmışdı. Sağlam və rüşvətsiz təhsil, vətənpərvər gənclər yetişdirən bir şirkətin fəaliyyəti dövlət tərəfindən təqdir olunur, müsbət qarşılanmaqla yanaşı hökumət tərəfindən də dəstəklənirdi.
Heç kəsə sirr deyil ki, "Nur camaatı" daxildən iki yerə parşalanmışdır. Onlardan "Fətullaçılar" və "Səyid Nursi" camaatı bir birinə kəskin və sərt münasibət bəsləməsələr də, öz aralarında soyuq münasibətdə idilər.
Bəs necə oldu ki, əqidəcə yaxın olan həm Ərdoğan həm də Gülən bir birinə qarşı gəldi?
Axı onların hər ikisi də "Maturidi" əqidəsinə yaxın və onların da ortaq "düşməni" "Vahabilik" idi"?
Dini inanclı qüdrətli Türk xalqı tərəfindən sevilən Ərdoğan, hakimiyyətə gələndən sonra Fətulla Gülənin dünyanın hər yerində qazandığı nüfuzundan narahat olmağa başlayır. Fətullah Gülənin "Hizmət Camaatı", əsas "Nur camaatı" –dan fərqlı olaraq dini baxışlarla bərabər təbliğatlarını müasir dünya və siyasətlə paralel, gənclərə dinə, vətənə, bayrağa, dövlətə, dünya elmlərinə sevgini də aşılayırdı. Bu isə həqiqətən Ərdoğan və onun komandasını narahat etməyə bilməzdi.
Ərdoğan və Gülən arasında bağlanın qırılması Ərdoğan hakimiyyətinin Fətullah Gülənin "Hizmət Camaatı" –nın maliyyə hesabatını istəməsi və bu dövrüyyənin Ərdoğanın idarəçiliyinə keçməsi oldu. Ərdoğan hakimiyyəti istəyinə nail olmadıqda daxıldə bu iki qrup aralarında "soyuqluq" yarandı. Bununla da zəka, ağıl və siyasəti yaxından bilən Fətullah Gülən Amerikaya köçdü. İşlərini artıq Amerikadan idarə etməyə başladı.
Fətullah Gülənin Amerikaya köçməsi Ərdoğanın siyasi hakimiyyəti üçün tam arxayınlıq sayılmırdı. Fətulla Gülən hələ də zərərsizləşdirilməmişdi və hakimiyyət üçün real təhlükə olaraq qalırdı.
Buna görə də Türkiyənin siyasi hakimiyyəti Gülənin həm Türkiyədə, həm də dünyada qazandığı nüfuzuna xələl gətirmək üçün müxtəlif üsullara əl atdı. Hər kəs bilir ki, istər Türkiyədə, istər Azərbaycanda, istərsədə dünyanın hər yanında fəaliyyət göstərən Fətulla Gülənə aid lisey və universitetlərin tələbələri öz əxlaqı davranışı, vətənpərvərliyi, savadı, üstünlükləri və istedadları ilə digər tələbələrdən seçilirdilər.
Çox təəssüflər olsun ki, bu gün vaxtılə FETÖ məsələsinə görə həbs olunanlar və Ərdoğan hakimiyyətini dəstəkləyən bir qrup şəxslər utanmadan həyasızcasına hakimiyyətin TV kanallarında guya Fətulla Gülənin lisey və universitetlərinin müəllimləri öz tələbələrinə imtahan suallarının cavablarının gizli şəkildə verildiyini və buna görə də, imtahanlardan yüksək qiymətlər aldıqlarını iddia edirlər.
Bu absurd və iftira dolu çıxış edənlər düşünmürlər ki, "Beynəlxalq olimpyadalar" -da uğur qazanan tələbələrə heç kim sualların cavablarını verməyib. Onlar öz zəkası, elm və təfəkkürü sayəsində ölkələrinə "Qızıl", "Gümüş", "Bürünc" medallar qazandırıblar.
Beləliklə Türkiyə hakimiyyətinin səhnələşdirdiyi 15 iyul 2016-ci il "Dövlət çevrilişi" oyunu Prezident Ərdoğanın uuğurlu qələbəsi ilə nətinələnir.
Türk dünyasının güclü lideri R.T. Ərdoğanın dünyada və bölgədə artan nüfuzu, Türkiyəyə müttəfiq olan ölkələrə göstərdiyi siyasi təzyiqlər nəticəsində ölkələrində fəaliyyət göstərən Fətulla Gülən şəbəkəsi "FETÖ" terror təşkilatı adı altında bağlanır. Azərbaycanda da fəaliyyət göstərən "CAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ" şirkətinə məxsus Türk liseyləri və Qafqaz Universiteti fəaliyyətini dayandırmalı olur. Bununlada Azərbaycanda tək sağlam təhsil verən, vətənpərvər, millətə, dövlətə, bayrağa, sevgi aşılıyan milli, dini dəyərlərlə gənclik yetişdirən elm ocağı söndürülür.
Ömrünü elmə, təhsilə həsr edən, milli mənəvi dəyərlərə söykənən əxlaqlı gənclik yetişdirən yüzlərlə aydın Türk müləllimi Avropaya, Amerikaya, Asiya və Afrika ölkələrinə qaçaraq siyasi mühacir həyatı yaşamağa məhkum olunur.
Zaman gələcək. Tarix o gün baş verən hadısələrə öz layıqlı qiymətini verəcək. Siyasət və hakimiyyət uğrunda insanların qanı bahasına mübarizə aparanlar tarix qarşısında cavab verməli olacaqlar. Qeyd edək ki, 15 iyul 2016-cı il hadisəsi nəticəsində 265 nəfər öldü, 2839 nəfər yaralandı. 290 mindən çox adam saxlanıldı. 100 min nəfərdən çox adam həbs olundu. Bu gün də Türkiyənin siyasi hakimiyyəti ölkə daxilində "FETÖ" adı altında siyasi təzyiqlərini yürütməkdədir.
Bu gün də davam edən məhkəmələrdə onlarla general və digər hərbçilər ya ömürlük müddətə, ya da 20 ilə qədər həbs cəzaları alırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin olmasını dəfələrlə vurğulayıb. Lakin Fətullah Gülən iddia edir ki, hərbi çevriliş cəhdi Rəcəb Tayyib Ərdoğanın qurduğu oyundur və o, bununla hakimiyyətini daha da gücləndirib.
Qeyd edək ki, Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə də hərbi çevriliş cəhdləri olub.
Araşdırmaçı jurnalist
Tərlan Novruzov