Gürcüstanın xarici borcu artıb

2025-ci ilin aprel ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 9 milyard 32 milyon ABŞ dolları (bugünkü məzənnə ilə təxminən 24 milyard 854 milyon lari) təşkil edir bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 354 milyon 910 min dollar çoxdur.

Gürcüstan mətbuatı xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlara əsasən, 2024-cü ilin aprel ayına dövlət borcunun həcmi 8 milyard 677 milyon dollar təşkil edib.

Nazirliyin eyni məlumatına görə, 2025-ci ilin aprelində yalnız hökumətin xarici borcu 8 milyard 667 milyon dollar olub. Bu məbləğin 6 milyard 563 milyon dolları çoxtərəfli kreditorlara, 1 milyard 604 milyon dolları isə ikitərəfli kreditorlara aiddir.

Qeyd edək ki, hesabat dövründə Gürcüstan Milli Bankının xarici öhdəliyi 365 milyon 400 min dollar təşkil edib.

Həmçinin, 2025-ci ilin aprel ayına olan məlumatlara görə, Gürcüstanın ən iri kreditorları bunlardır: Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD).

2025-ci il 30 aprel tarixinə olan əsas kreditorlar:

- Asiya İnkişaf Bankı (ADB) – 2 milyard 384 milyon dollar

- Dünya Bankı – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) – 1 milyard 711 milyon dollar

- Avropa İnvestisiya Bankı (EIB) – 1 milyard 168 milyon dollar

- Dünya Bankı – Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) – 459 milyon 700 min dollar

- Beynəlxalq Valyuta Fondu (IMF) – 182 milyon 700 min dollar

İkitərəfli (ölkə əsaslı) kreditorlara görə borc vəziyyəti (30 aprel 2025):

- Fransa – 827 milyon 300 min dollar

- Almaniya – 615 milyon 600 min dollar

- Yaponiya – 128 milyon 500 min dollar

- Avstriya – 11 milyon dollar

- Küveyt – 8 milyon 100 min dollar

- ABŞ – 5 milyon 900 min dollar

Qeyd edək ki, Gürcüstanın bütün qonşu ölkələrə də borcu var. Onların siyahısı və borc məbləğləri belədir:

- Rusiya – 3 milyon 997 min dollar

- Türkiyə – 1 milyon 139 min dollar

- Ermənistan – 516 min dollar

- Azərbaycan – 585 min dollar

Ümumilikdə, Gürcüstanın qonşu ölkələrə olan dövlət borcu 6 milyon 237 min dollar təşkil edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər