Husilər İsrailin hava limanını ballistik raketlə vurdu
Dərc olunub:
23-05-2025, 15:00
Husilər İsrailin Ben Qurion hava limanına növbəti dəfə raket zərbəsi endirib.
Bu barədə “Əl Məsirah” telekanalı məlumat yayıb.
“Təl-Əvivin Ben Qurion hava limanına hipersəs ballistik raketilə zərbə endirilib. Husilər Qəzzaya qarşı təcavüz dayanana və blokada aradan qaldırılana qədər əməliyyatları davam etdirəcək”, - məlumatda bildirilib.