Ermənistanın hərbi təcavüzü Azərbaycana 150 milyard dollar ziyan vurub

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış, maliyyə nazirinin rəhbərlik etdiyi Dövlət Komissiyası Ermənistanın Azərbaycana çoxillik hərbi təcavüzünün, uzunmüddətli işğalın vurduğu zərəri müəyyən etmək üçün nadir bir metodologiya yaradıb.

Avrasiya.net-in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli bildirib.

“Vəziyyət belədir ki, bu sahədə təklif edilən metodologiya kompleks və multidissiplinar yanaşma tələb etdiyindən ölkəmiz işğal və hərbi təcavüz nəticəsində vurulan zərərin qiymətləndirilməsini yalnız statistik və iqtisadi göstəricilərlə məhdudlaşdıra bilməzdi. ETN İqtisadiyyat İnstitutu alimlərinin və Baş Prokurorluğun hüquqşünaslarının iştirakı ilə hərbi təcavüz və işğal nəticəsində ölkəmizə dəymiş zərər dövlət və şəxsi əmlak, texnika və nəqliyyat, insan itkisi və məcburi köçkünlərin sosial müdafiəsi, mədəni irs və tarixi abidələr, ekologiya və xuntaçıların məhkəməsi təbii sərvətlər, iqtisadiyyata dəymiş dolayı itkilər kimi bir sıra parametrlər üzrə əhatəli, sistemli araşdırma aparılıb”, - N.Müzəffərli deyib.

Onun sözlərinə görə, 2024-cü ili əhatə edən gərgin iş zamanı ermənilərin hərbi təcavüz və işğalı nəticəsində vurulmuş zərərin qiymətləndirilməsinin Azərbaycana məxsus metodologiyası işlənib hazırlanıb. Bu, əsaslı, ciddi, keçərli bir hesabatın hazırlanmasına imkan verib. Nəticədə, Ermənistanın Azərbaycana 30 illik təcavüzü və işğal dövründə hərbi əməliyyatlar, qənimət götürmə, qarət, vandalizm kimi dağıdıcı əməllərin ölkəmizə 250 milyard manatlıq (150 milyard dollar) zərər vurduğu müəyyənləşdirilib.

Nazim Müzəffərli bildirib ki, hərbi təcavüzün vurduğu ziyan barədə iddia qaldırmaq hüququ beynəlxalq təcrübədə işğala məruz qalan ölkəyə məxsusdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər