Trampın oğlu prezident seçkilərində iştirakını mümkün sayır

Trampın oğlu prezident seçkilərində iştirakını mümkün sayırABŞ Prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp bildirib ki, bir gün prezidentliyə namizədliyini irəli sürə bilər.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Qətərdə panel sessiyalarından birində çıxışı zamanı 47 yaşlı Trampdan atası vəzifəsini tərk etdikdən sonra "estafeti götürüb-götürməyəcəyi" barədə soruşublar.

"Cavab belədir: bilmirəm, bəlkə bir gün. Mən həmişə bu işlərin çox fəal tərəfdarı olacağam. Düşünürəm ki, atam doğrudan da Respublikaçılar Partiyasını dəyişib", - o bildirib.

Kiçik Tramp “1789 Capital” investisiya şirkətinin tərəfdaşıdır. O, həmçinin eyni tədbirdə bildirib ki, icraçı vitse-prezident vəzifəsini tutduğu “Trump Organization”ın dövlət qurumları ilə biznes əlaqələri yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər