Torpaqlar qayıtmayacaq, ümid etməyin! - Zalujnı
Dərc olunub:
23-05-2025, 09:33
Ukrayna 1991-ci il sərhədlərinə qayıtmağa ümid etməməlidir.
Bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, silahlı qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı deyib.
O bildirib ki, bu müharibəni davam etdirmək üçün Rusiyanın Ukraynadan daha çox resursu var.
Zalujnın sözlərinə görə, Ukrayna cəbhədə böyük insan çatışmazlığı və təhdidedici iqtisadi vəziyyətlə üzləşib:
“Ukrayna hazırkı demoqrafiya və iqtisadi şəraitdə növbəti müharibəyə qadir deyil və bu barədə düşünməyə belə dəyməz".