"Bu, Qərblə Şərq arasında regional təhlükəsizlik, iqtisadi inkişaf baxımdan əhəmiyyətlidir"

"Bu, Qərblə Şərq arasında regional təhlükəsizlik, iqtisadi inkişaf baxımdan əhəmiyyətlidir"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstan səfəri strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlər iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ilə yanaşı, Avropa ittifaqı ilə də əlaqələrin genişlənərək inkişafına yaxşı zəmin yaradacaq.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat əlavə edib ki, bu səfər ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar baxımdan daha ciddi əhəmiyyət kəsb edir:
“Birincisi, strateji tərəfdaşılğa əsaslanan ikitərəfli münasibətlərin əməkdaşlıq gündəliyi çox genişdir.
Ölkələrimizin yaxın siyasi münasibətləri iqtisadi, elmi-texniki, mədəni və digər sahələr üzrə əlverişli zəmin, eləcə də strateji şirkətlər və biznes qurumları arasında da əməkdaşlıq üçün lazımi münasibətlər sistemi formalaşdırıb. Bunun nəticəsidir ki, hər iki ölkə beynəlxalq platformalarda uğurla birgə əməkdaşlıq edib, bir-birinin maraqlarını müdafiə edirələr.

İkincisi, ticari-iqtisadi baxımdan da iki ölkə arasında uğurlu əməkdaşlıqlar mövcuddur. Ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələr dinamik inkişaf etməkdədir. Bunun üçün statistik rəqəmlərə diqqət yetirməklə dediklərimizi sübut edə bilərik. Belə ki, əgər 2005-ci ildə iki ölkə arasındakı əmtəə dövriyyəsi 4,8 milyon dollar idisə, bu, 2010-cu ildə 14,3 milyon dollar, 2015-ci ildə 17,9 milyon dollar, 2020-ci ildə 38,9 milyon dollar, 2022-ci ildə isə 47,4 milyon dollar, 2023-cü ildə 48,4 milyon dollar, 2024-cü ildə 62,3 milyon dollar təşkil edib.Yəni son 20 ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 13 dəfə artıb. Bu iki ölkə arasında əlaqələrin inkişafının dinamik xarakter daşımasının və getdikcə möhkəmlənməsinin mühüm göstəricisidir. Lakin əlaqələrimizin inkişafı üçün potensial var və əminəm ki, bu səfər ticari əlaəqlərin daha da inkişafına ciddi təkan verəcək.

İqtisadi sahədə əməkdaşlığa gəldikdə, bu sahədə, xüsusən də enerji sektorunda uğurlu əməkdaşlıq mövcuddur. Bu gün Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. 2026-cı ildə isə Azərbaycanın qurudakı neft yataqlarında iştirakı ilə bağlı iki ölkə arasında müqavilə imzalanacaq və Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Gələcəkdə Macarıstan Azərbaycan qazının ixrac həcminin də artırılması nəzərdə tutulur. Bundan əlavə olaraq “yaşıl enerji” gündəliyində də ölkələrimiz sıx əməkdaşlıq edib birgə layihələr həyata keçirməkdədir”.

Çoxtərəfli formatda əməkaşlıq münasibətlərinə gəldikdə deputat bildirib ki, bu sahədə uğurlu əməkdaşlıq mövcuddur: “Macarıstan Avropa İttifaqının üzvü və Türk Dövlətləri Təşkilatında (TDT) maşühidəçi qismində iştirakı çoxtərəfli formatda əməkdaşlıq üçün çox uğurlu platformadır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizlik arxitekturasının təmin olunmasında xüsusi rol oynayır və gələcək də də bu sahədə daha sıx əməkdşalıq edərək Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması rolunda çıxış etmək istəyir. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edirik ki, bunun 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Bu səbədən də Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Azərbaycanın qaz resurs bazası kifayət qədər geniş olduğundan, qarşıdakı mərhələdə yeni qaz yataqları istismara veriləcək. Azərbaycan Avropaya, o cümlədən Macarıstana daha böyük həcmdə qaz ixrac edə bilər. Hansı ki, Macarıstan daha böyük həcmdə Azərbaycan qazı almaqda maraqlıdır. Macarıstan eyni zamanda Aİ üzvü kimi Azərbaycanın enerji resurslarının Avropa bazarlarına daha geniş formada çıxmasında bir ciddi tərəfdaş rolunu da oynaya bilər və bunun üçün imkanlar mövcuddur.

TDT-də müşahidəçi üzv olan Macarıstan Azərbaycan üzərindən Mərkəzi Asiya bölgəsi ilə sıx əməkdaşlıq əlaqələri qura bilər və Orta Dəhlizin imkanlarının genişlənməsinə öz töhfəsini verə bilər. İnanıram ki, belə də olacaq.

TTD çərçivəsində də çox geniş əməkdaşlıq imkanları mövcuddur və əminəm ki, gələcəkdə, xüsusən də bu istiqamətdə də “Orta Yaşıl Dəhliz”, “yaşıl enerji” sahəsində əməkdaşlıqlar inkiaşf edəcək.

Macarıstanla ikitərəfli və çoxtərfli formatda əməkdaşlıq sahələrini daha da genişləndirilməsi nəticə etibarı ilə regional təhlükəsizlik və iqtisadi inkişaf baxımından daha böyük perspektivlərə yol açacaq”.

TDT çərçivəsində əməkdaşlıq münasibətlərinə gəldikdə deputat bildirib ki, bu, Qərblə Şərq arasında çoxtərəfli əməkdaşlıq körpülərin yaranmasına xidmət edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər