star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Sabirabadda ata-oğul "Azəriqaz"ın əməkdaşını döydü

Sabirabadda ata-oğul "Azəriqaz"ın əməkdaşını döydüSabirabad rayonunda "Azəriqaz"ın əməkdaşı döyülüb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində baş verib.

Kənd sakini, "Azəriqaz" İstehsalat Birliyinin Sabirabad rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi İkram adlı şəxs kənd sakini Mayıl Əsgərovun evindəki qaz cihazlarını yoxlayaraq akt tərtib etmək istəyib. O, iki dəfə həmin ünvana getsə də, evdə heç kim olmayıb. İkram Mayıl Əsgərovun oğlu Ziyadı küçədə görüb və ona bildirib ki, evdə olduğu vaxtlarda ona xəbər etsin.

Bir neçə gündən sonra Ziyadın münasibət qurduğu xanım İkramın onu narahat etdiyini bildirib. Ziyad bu məqsədlə İkrama zəng vuraraq onunla görüşmək istədiyini deyib və onu qardaşına məxsus çayxanaya çağırıb.

İkram idarə etdiyi avtomobillə kafenin qarşısında Ziyadla görüşüb. Ziyad avtomobilə əyləşərək İkrama onların evi tərəfə sürməyi xahiş edib. Evin yanına çatanda Ziyad ondan sənədlər tələb edib. İkram bildirib ki, ünvana çatmasa, akt yaza bilməyəcək. Ziyad isə ona "sən kimsən ki, camaatın ünvanına gedirsən?" deyib.

İkram dövlət işçisi olduğunu və qanuna uyğun olaraq ünvana getdiyini deyib. "Ziyad isə "Dövlət də bizik, qanun da" deyərək İkramın sifət və baş nahiyəsinə yumruq zərbələri endirib. O, İkramdan maşını bənd deyilən əraziyə sürməyi tələb edib.

İkram isə maşını Ziyadın qardaşının çayxanasına sürərək, maşından düşüb Mayıl Əsgərova olanlar barədə məlumat verib. Mayıl Əsgərov isə oğlunun yaxşı etdiyini deyib və ata-oğul birləşərək onu döyməyə başlayıblar.

Kənd sakinləri onları ayıraraq davanı sakitləşdiriblər.

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ziyad Əsgərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər