Sizin Reklam Burada

Rusiya və Ukrayna bu sazişi imzalayacaq?

Rusiya və Ukrayna bu sazişi imzalayacaq?BMT Baş katibi Antonio Quterreş gələn həftə Ukrayna taxılının ixracına dair saziş imzalamağa ümid edir. Lakin Ukrayna və Rusiya buna şübhə ilə yanaşır.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus”da dərc olunan məqalədə bildirilib.

“Rusiya Ukrayna limanlarından taxıl ixracının ləngiməsini Ukraynanın limanları minalaması ilə əlaqələndirir. Təcavüzkar ölkə taxıl ixracı üçün yaradılacaq dəhlizlərdə gəmilərə hücum etməyəcəyini bəyan edib. Rusiyanın şərti ondan ibarətdir ki, Ukraynaya hər hansı silah qaçaqmalçılığı cəhdinin qarşısını almaq üçün gəmiləri yoxlasın. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin hələlik müqaviləni imzalamayıb.

Türkiyə tərəfi isə bildirib ki, saziş koordinasiya mərkəzinin formalaşdırılması yolu ilə yüklərin yoxlanılması və Qara dəniz dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi üçün birgə nəzarəti nəzərdə tutur.

Ukrayna rəsmiləri deyirlər ki, Rusiya Qara dəniz limanlarını bağlayır və bu da ixracın qarşısını alır”, - məqalədə qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər