Sizin Reklam Burada

Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurmaq lazımdır

Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurmaq lazımdırBu gün bəzi şəxslər, o cümlədən telekanallar Azərbaycan Milli Elmlər Akademiyasını qoparağını götürüblər. Mənşəyi və mahiyyəti bilinməyən bu kampaniyaçılığın əsas səsləndirdiyi fikir odur ki, Akademiya işçiləri qocalıb, onların intellektual müstəvidə heç bir faydası yoxdur və bu məkan bağlanmalıdır.

Cənablar, bu nəticədir. Akademiyanın bu günə düşməsinə kifayət qədər səbəblər var. Həmin səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır. Azərbaycanın tarixində, taleyində çox ağlı-qaralı iz buraxan Azərbaycan Milli Elmlər Akademiyasının üstündən xətt çəkib dağıtmaq olmaz. Həmin məkanda milləti, dövləti sevən və fayda vermək istəyən insanlar çalışıb, bu gündə çalışanlar var.

Qaldı Azərbaycan Milli Elmlər Akademiyası niyə bu günə düşüb? Bu sualın təbii ki, cavabları var. Onlardan bir neçəsini qeyd etmək istərdim. Bu möhtəşəm məkan zaman-zaman bilərəkdən və yaxud bilməyərəkdən qocalmağa başladı. Bu məkanda çalışmaq istəyən cavanların müxtəlif səbəblərdən yolu bağlandı.

Alim olmaq istəyən gənc bu məkanda heç bir perspektiv görmədi. Yalnız cüzi əmək haqları ilə cavan intellektli gənci burada necə saxlamaq olardı? Digər bir səbəb regionçuluqdur. Bu gün ən böyük fəlakətlərdən biri yerlibazlıq, dostbazlıq və s. faktorlardır. Hansı quruma üz tutursan məmur öz yaxınlarını, yerlilərini ətrafına yığıb. Bu Azərbaycan cəmiyyətinə, dövlətinə zərbədir. Bundan qurtulmaq gərəkdir.

Nəhayət Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları başlanmalıdır. Elmli, imanlı, dövlət tərbiyəsi olan, regionçuluq düşüncəsindən uzaq insanlar Akademiyada, həm də digər dövlət strukturlarında vəzifəyə gətirilməlidir. Bu gün elə təmiz, vicdanlı insanlar var ortada qalıblar.Həmin şəxslərin sabaha ümidləri yoxdur. Onlar öz intellektlərini özləri ilə qəbirə daşımamalıdırlar. Belə insanlara həssas münasibət olmalıdır.

Bir vacib məqamı da qeyd etmək istərdim. Bəzən atalarının gül balaları yağ-bal içində böyüyüb, gedib Avropada təhsil alan gənclərin də qayıdandan sonra Azərbaycanda idarəetmə strukturlarında hansı mənfilikləri etdiyini görürük. Harada təhsil almasından asılı olmayaraq, bu gün elmli, imanlı, dövlət tərbiyəsi olan kadrlara üstünlük verilməlidir.

Digər tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasında maliyyə şəffaflığı məsələləri, bu strukturda çalışanların ixtiralarının, elmi nailiyyətlərinin normal qazanc gətirməməsi və başqa gizli məqamlar araşdırılmalı və ictimaiyyətə dürüst məlumatlar təqdim olunmalıdır.

Sonda onu bir daha qeyd etmək istərdim ki, Milli Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurub fayda verən quruma çevirmək lazımdır.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər