Sizin Reklam Burada

İran Bakıdakı səfirimizi hədələyir – İsrail

İran Bakıdakı səfirimizi hədələyir – İsrailİsrail Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfiri Abbas Musəvini Təbrizlə bağlı paylaşım edən səfir Corc Diki hədələməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmisi Coşua Zərka məlumat verib.

"İran İsveç vətəndaşlarını qaçırmaqla hədələyir, çünki terrorçu İsveçdə həbsdədir. İranın Bakıdakı səfiri bizim səfirimizi kitab oxuduğuna görə hədələyir. Bu rejim öz ölkəsini, Təbriz də daxil olmaqla, öz xalqını ən pis səviyyəyə endirib və hər kəslə bir qarşıdurma başladır" - deyə Zərka vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrailin Bakıdakı səfiri Corc Dik Tvitter səhifəsində maraqlı paylaşım etmişdi.

Səfir "Təbrizin sehrli nağılları" kitabını oxuyarkən çəkilən fotosunu bu sözlərlə paylaşmışdı:

“Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?”

Corc Dikin paylaşımından dərhal sonra İranın Azərbaycandakı səfiri Abbas Musəvi ona cavab vermişdi:

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər