Sizin Reklam Burada

Ümumdünya İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan dəyirmi masa keçirilib

Ümumdünya İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan dəyirmi masa keçirilibBirləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) Daxili İşlər Nazirliyi (DİN) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə birgə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan dəyirmi masa təşkil olunub.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov "İnsan alveri ilə mübarizə sahəsində müasir dövrün çağırışları" mövzusunda məruzə ilə çıxış edib. A.Allahverənov Azərbaycanda insan alveri ilə mübarizə tarixinə nəzər salıb və hazırda həyata keçirilən mübarizə strategiyasının gücləndirilməsi məqsədilə maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Xüsusilə bildirilib ki, müasir dövrdə aktuallığı ilə səciyyələnən insan alveri probleminin qarşısının alınması rəqəmsal texnologiyaların tətbiq etməklə yeni ideyaların həyata keçirilməsini, vahid mərkəzdən idarə olunan dialoq platformasından çıxış edərək yeni mübarizə üsullarının reallaşmasını zəruri edir.

Bu müstəvidə həm mübarizə alqoritminin gücləndirilməsi, həm də bu sahədə mübarizə strategiyasının bütün indikatorlar üzrə inkişaf etdirilməsi və dərinləşdirilməsi insan alveri ilə mübarizə sahəsində yeni uğurların əldə olunması üçün əlverişli zəmin yaradacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər