Cəmil Həsənli Milli Şura sədrliyindən gedir
Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getməyə hazırlaşır.
Avrasiya.net xəbər verir ki, o, bu barədə "BBC Azərbaycanca"ya müsahibəsində bildirib.
“Mən Milli Şura sədrliyindən getməklə bağlı təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - deyə C.Həsənli qeyd edib.
O, vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.