Sizin Reklam Burada

"Bütün peşələrin, bütün sahələrin reketləri var"

"Bütün peşələrin, bütün sahələrin reketləri var""Reket jurnalistika" və ya “reket jurnalist"lərlə mübarizə günümüzün aktual məsələlərindən biri olaraq qalır. Əslində bütün peşələrin, bütün sahələrin reketləri var. Yəni ki, reketlik problemi təkcə mətbuatın problemi deyil. Bu ümumi problem və ya ümumi bəladır. Lakin əfsuslar olsun ki, mətbuat sahəsində mövcud olan reketçilik daha qabarıq şəkildə görünür. Çünki mətbuat arenasında reketçilik üçün daha əlverişli mühit və daha münbit şərait var.

İndi kim istəyir gedir bir sayt açır, internet televiziyası və ya Yutub-kanal açır, başlayır özünü media adamı kimi təqdim etməyə və bu addan sui-istifadə edir. Təcrübəli jurnalistlərin xəbər saytı açmasına və ya politoloqların, iqtisadçıların, digər sahə mütəxəssislərinin Yutubda kanal yaradıb veriliş aparmasına heç kimin etirazı, iradı ola bilməz. Ancaq baytar həkimi də, bərbər və mebel ustası da gəlib sayt açıb özünü media adamı kimi təqdim edirsə və şantaj, hədə-qorxu yolu ilə bu və ya digər insanlara təzyiq göstərib onlardan pul almağa, onları daim psixoloji basqı altında saxlamağa çalışırsa, bu açıq-aşkar reketçilikdir və belələrinə qarşı qanunun bütün gücüylə mübarizə aparılmalıdır.

Əlbəttə, “reket jurnalistikası”na qarşı effektiv mübarizəni ilk növbədə hüquq-mühafizə orqanları təşkil etməlidir. Lakin yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə kifayətlənmək olmaz. Peşəkar mətbuat nümayəndələrinin özləri və cəmiyyət də bu məsələdə fəal mövqe nümayiş etdirməlidir. Bu mübarizə binaların kosmetik təmirinə bənzəməməli və kampaniya xarakteri daşımamalıdır. Biz “reket jurnalist”lərə qarşı mübarizə görüntüsü yaratmamalıyıq. Təsadüfi şəxslərin mediaya ayaq açmasına hər vasitə ilə mane olmağa çalışmalıyıq. Çünki jurnalist məsuliyyəti, peşə etikası olmayan bu cür dırnaqarası “jurnalist”lər mətbuatı qeyri-leqal qazanc mənbəyinə çevirir və pul əldə etmək üçün hər cür çirkin yollara əl atırlar.

Təəssüflər olsun ki, son vaxtlar sosial media sferasının da öz “reket”ləri peyda olub. Onlar “reket jurnalist”lərdən fərqli olaraq şantaj, təzyiq yoluyla insanlardan pul qoparmaqla məşğul olmur, sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yaymağa üstünlük verirlər, cəmiyyətdə ajiotaj və çaşqınlıq yaratmağa çalışırlar. Xüsusən də hərbi sirrlərin yayılmasına can atan insanlara daha çox rast gəlirik. Onların məqsədi həm ənənəvi jurnalistikadan önə keçmək, daha çox izləyici toplamaqdır, həm də ictimai şüurla manipulyasiya etmək, ictimai rəyi başqa istiqamətə yönəltmək məqsədi güdürlər. Belələri bir çox hallarda kənar qüvvələrin diktəsi ilə cəmiyyətdə gərginlik yaradılmasına xidmət edirlər. Odur ki, “reket jurnalist”lərlə yanaşı, belələrinə qarşı da ciddi mübarizə aparılmalıdır. Biz hamımız peşəkar mətbuatın inkişafına dəstək olmağa çalışmalı, ölkənin nüfuzlu KİV-nə etimadın daha da artmasına səy göstərməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər