Sizin Reklam Burada

Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır

Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyev cənabları Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı proqram xarakterli çıxışı zamanı bir sıra sahələrlə yanaşı ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülmüş işlərdən geniş bəhs etmişdir. Cənab Prezident çıxışı zamanı yeni təyin olunan icra başçılarına rəhbərlik etdikləri rayonlara həm yerli, həm də xarici sahibkarların cəlb edilməsi tapşırığını vermiş və sahibkarlığın inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini xüsusi vurğulamışdır.

Məlumat üçün bildiririk ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəmizə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır. Çar Rusiyası dövründə formalaşmağa başlayan milli sahibkarlığın inkişafı istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti dövründə geniş şərait yaradılmış və bir sıra qərarlar qəbul edilmişdir. Lakin 23 aylıq fəaliyyət dövrü olan AXC-nin süqutundan və Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra sosializm tədbirləri çərçivəsində sahibkarlıq ləğv edilmişdir. Sovet imperiyası dağıldıqdan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycanda bütün sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da yeni bir mərhələnin başlanğıcı qoyulmuş oldu. Xüsusi olaraq qeyd etməliyik ki, müstəqil Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Sevindirici haldır ki, hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gələn vəzifələr uğurla icra edilir.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir.

Cənab Prezidentin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Hal-hazırda ölkədə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında və investisiya qoyuluşunda yerli və xarici sahibkarların cəlb edilməsi olduqca önəmlidir. Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadiyyatımızın inkişaf strategiyasının cənab Prezidentimiz tərəfindən mükəmməl şəkildə icra edildiyinin bariz sübutudur.

Gülnar Muradova
Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər