Kiyev meri: “Bu gecə yenə çətin olacaq”Bu gecə paytaxt sakinləri üçün yenə çətin olacaq. Ukraynalı müdafiəçilər paytaxtın müdafiəsinə hazırlaşarkən yerli sakinlər sığınacaqlarda gecələməyə çağırılır.

"Report"un məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko özünün teleqram səhifəsində yazıb.

"Düşmən şeytana dönür. O, dinc evləri atəşə tutur, infrastrukturumuzu dağıtmaqda davam edir. Baxmayaraq ki, özü çox böyük itki verir - həm insan, həm də hərbi texnika cəhətdən. Çünki görünür, ruslar Ukrayna xalqında belə cavab və belə bir zərbə gözləmirdilər. Həm hərbi, həm də mülki”, - şəhər rəhbəri qeyd edib.

O əlavə edib ki, Ukrayna hərbçiləri bütün ölkə ərazisində qəhrəmancasına döyüşür. Bütün insanlar öz dövlətlərini müdafiə etmək üçün toplaşdılar.

"Ordu həm də Kiyevə soxulmağa çalışır. Amma bizim sakinlər təcavüzkarı dəf etməyə hazırlaşır. Bu gün mən istehkamlarda oldum. Kiyev əhalisi terrorçuların müdafiəsi üçün döyüşçülərin yerləşdirilməsinə kömək edir ki, düşmən qoşunları səhər bizim ərazimizə girməsin”, - Kliçko vurğulayıb.

O, həmçinin ukraynalı döyüşçüləri dəstəkləyib və İrpin, Vorzel, Buça və Qostomel sakinlərinə dözümlülüklərinə görə təşəkkür edib.
Ukrayna və Rusiya arasında görüş yenə baş tutmadıUkrayna nümayəndə heyəti Belarusa Polşadan keçməklə gəlir və bu səbəbdən görüş bazar ertəsi səhər baş tuta bilər.

Bu sözləri belaruslu politoloq, görüşün təşkilatçıları ilə əlaqəsi olan Yuri Voskresenski deyib.

Qeyd edək ki, Ukraynanın Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski canlı efirdə Ukrayna nümayəndə heyətinin 20:30 radələrində (Bakı vaxtı ilə 22:30) görüş yerinə yaxınlaşdığını və görüşün artıq başlamaq üzrə olduğunu bildirmişdi.
Rus kəşfiyyat qrupu ələ keçirildiXarkovda Milli Qvardiya hərbi hissələrdən birinə sızmaq istəyən rus kəşfiyyat qrupunu ələ keçirib.

Bu barədə Milli Qvardiya məlumat və fotolar yayıb.

Onların silahı, snayper tüfəngləri, havadan şəkil çəkmək üçün dronları, əl və tüstü qumbaraları, patronları, pul və sənədləri müsadirə edilib.
Əliyevlə danışdım, hər şey yaxşı olacaq – ZelenskiUkrayna Prezdenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə neft və neft məhsullarının tədarükü ilə bağlı danışıqlar apardığını bildirib.

Axar.az xəbər verir ki, Zelenski aparılan telefon danışığından sonra hər şeyin yaxşı olacağını deyib.

“Ukraynanın yaxşı dostu, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdim. Ölkəmizdə neft yoxdur, neft məhsulları yoxdur, hər şey asan deyil, amma indi hər şey yaxşı olacaq”, - Zelenski qeyd edib.
Zelenski İlham Əliyevə təşəkkür edibBu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezident İlham Əliyevin rəsmi tviter hesabında paylaşım edilib.

Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski də tviter hesabında telefon danışığı ilə bağlı paylaşım edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə humanitar yardım və dərman vasitələrinin göndərilməsinə görə təşəkkür edib.

Rus qoşunları bütün istiqamətlərdə hücuma keçdiKiyev tərəfi danışıqlardan imtina etdikdən sonra bölmələr əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri alıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov deyib.

“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov vurğulayıb.

Qeyd edək ki, daha öncə Konaşenkov açıqlamasında Kiyev rejiminin danışıqlara hazır olduqları barədə dünənki bəyanatlarından sonra rus bölmələrinin aktiv döyüş əməliyyatlarını dayandırdığını bildirmişdi.
"Uşaqlıq xatirələrimin bir hissəsi Xocalı ilə bağlıdır"Uşaqlıq xatirələrimin bir hissəsi Xocalı ilə bağlıdır. Daşlarının üstündəki mamırların iyini hələ də xatırlayıram. Bizim kəndimizdən fərqli relyefi olduğu üçün hər şey mənə maraqlı gəlirdi. Ona gorə bu günkü kimi xatirimdədir. Çayını, dağlarını, meyvələrinin dadını, meşələrini, helikopter meydançası, qonşular, Dilarə xalamın evi, təndirastanı, o təndirdə bişən çörəyin qoxusu, salxım-salxım gilaslar,gecə eyvandan görünən Şuşanın işıqları (Aslan dayıdan soruşdum o, uzaqdakı işıqlar nədi?-Şüşənin işıqları dedi), bir də bulaqdan su gətirmək üçün, Xankəndinə tərəf uzanan asfalt yol.

O yolu keçəndə, qızlar deyirdi tez-tez keçin indi haylar maşınla keçərlər birdən. Sözlərin mənası mənə qəribə görünürdü, eynilə Xankəndində olanda, Dilarə xalamın əlimi buraxma haylar səni oğurlayar cümləsi kimi qəribə! Əsgəran qalasınıda ilk dəfə mənə o göstərmişdi, Xankəndini gəzdirmişdi, görəndə heyrətləndiyim, heç vaxt bu qədər çox adamı bir arada görmədiyim Ağdamın bazarından mənə sandal da almışdı.

Sevmədiyim bircə şey-gecə yarısı qəfil başlayan güclü yağış və şimşəklərin şaqqıltısı idi, eynən həmin axşam yagan güllə yağışı və silahların şaqqıltısı kimi!

Leyla Calalova
tarix üzrə fəlsəfə doktoru
3 qurum birgə ağacəkmə aksiyası keçirib - 613 ağac əkilibBu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Milli Məclisin Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsinin üzvüləri və digər millət vəkilləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri və könüllülərin iştirakı ilə Xocasən gölü ətrafında 613 ədəd Eldar şamı və zeytun ağacları əkildi.





#JusticeforKhojaly #KhojalyGenocide #khojaly30 #khojaly613 #HocalıKatliamı
#JusticeforKhojaly
#KhojalyGenocide
#Khojaly30 #Xocalı #XocalıyaƏdalət
#XocalıSoyqırımı
#Xocalı30
#Xocalı30il
Ukraynadan müraciət: 3500 rus hərbçilərinin meyitlərini...Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdik ki, döyüşlərdə öldürülən rus hərbçilərinin meyitlərini Rusiyaya göndərməkdə yardım etsin.

Axar.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşyuk keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə 3500-dən yuxarı rus hərbçisinin meyiti var:

“Biz onları dəfn edə bilmərik. Buna görə də Beynəlxalq Qırmızı Xaçdan xahiş etdik ki, meyitlərin Rusiyaya göndərilməsində bizə yardım etsin. Bu, humanitar fəlakətin qarşısını ala bilər".

İ.Vereşyuk eyni zamanda qeyd edib ki, bununla işğala rəvac verən Rusiya rəhbərliyi rus xalqına yaşatdığı acının miqyasını anlayacaq.
Xocalı soyqırımı - qan yaddaşımızdırİbrahim Cəfərov,
ADAU-nun rektoru, professor


Xocalı soyqırımı - qan yaddaşımızdır. Çünki Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Amma istəklərinə nail ola bilmədilər.

Cənab Prezident İlham Əliyebin aprdığı uğurlu xarici siyasət nəticəsində dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır.
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir.

Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 26 fevral 2017-ci il tarixində XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular.

Bu gün təsəllimiz budur ki, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi”. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Nə qədər ki, Azərbaycan xalqı var, Xocalı faciəsi unudulmayacaq, həlak olanların xatirəsi ehtiramla anılacaq.

Allah bütün şəhidlərə rəhmət eləsin!