Mixeyev sirləri açıqladı: Ukrayna gücümüzü görəcək – ŞokBir çoxları Rusiya ordusunun Ukrayna ərazisində başlatdığı xüsusi əməliyyatın nə qadər davam edəcəyi barədə absurd fikirlər səsləndirir. Bəziləri deyir ki, Moskva bu əməliyyatı qısa zamanda tamamlaya bilmədi və guya bu da rus ordusunun zəifliyindən xəbər verir. Bilməyənlər üçün bəzi maraqlı faktları açıqlayası olacam.

Axar.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq, Həqiqət Naminə Partiyasının Siyasi Şurasının üzvü Sergey Mixeyev “Rossiya” telekanalının canlı efirində bildirib.

“Ukrayna əməliyyatını Rusiyanın Cənubi Osetiyadakı “işi” ilə eyniləşdirmək düzgün deyil. Osetiya əməliyyatı belə beş gün çəkmişdir. Siz anlaya bilirsiz ki, bu əməliyyatların miqyasları müqayisəolunmazdır. Hərbi tapşırıqlar və miqyas tam fərqlidir”, - deyə rusiyalı politoloq bildirib.

Onun sözlərinə əsasən, ABŞ-ın İraqdakı “ildırımsürətli” adlandırdıqları əməliyyat belə aktiv fazada iki həftədən çox vaxt aparıb.

“Kremlin “Ukrayna əməliyyatı” qrifi altında olan planını çox az adam görüb. İndi əsas məsələ bu planı sona çatdırmaqdır. Yarı yolda dayanmaq olmaz. Danışıqlar və digər bu tip şeylərə getməmək lazımdır. Ay ona orda qol çəkək, ay bunu burda müzakirə edək... Bu bizə lazım deyil. Kremlin əsas məqsədi dinc Ukrayna əhalisinə zərər verməməkdir. Amma bizə müqavimət göstərənlər planın ikinci fazasında əsl hərbi gücümüzü görəcək. Düşmənimiz göz önündədir və o məhv olacaq”, - deyə Mixeyev qeyd edib.
Rusiya nüvə qüvvələrini hazır vəziyyətə gətirdiStrateji Raket Qüvvələri, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiya gücləndirilmiş heyətlə döyüş növbətçiliyini yerinə yetirməyə başlayıb.

Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə məruzə edərkən deyib.

“Onun əmrinə uyğun olaraq, ordunun komandanlıq məntəqələrində növbələr keçirilir. Strateji Raket Qoşunları, Şimal və Sakit Okean Donanmaları və Uzunmənzilli Aviasiya Komandanlığı gücləndirilmiş şəxsi heyətlə döyüş növbəsini yerinə yetirməyə başladı”, - deyə hərbi idarədən bildirilib.
Yunanıstanda "Xocalı soyqırımını unutma” adlı anım tədbiri keçirilib20-28 Fevral, 2022-ci il tarixlərində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan evi "QALA" Cəmiyyətinin ofisində "Xocalı Soyqırımını Unutma" adlı foto sərgi keçirib.

Avrasiya.net xəbər verir ki, 26 Fevral tarixində Xocalı qətliamının 30-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" anım tədbirində Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı Saloniki şəhərində yaşayan türk qardaşlarımız və yunan dostlarımız da fəal iştirak edib. Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımının tarixi və nəticələri barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən faciəli hadisənin Azərbaycanın tarixində təkcə qətliam deyil, Azərbaycan xalqına qarşı soyqırım olduğunu qeyd edib, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsini qınayıb: “Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır.

Bu dərd bizi həmişə için-için sızladır.”- Rəşid Məmmədov qeyd edərək, Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzulayıb. Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilərək ehsan süfrəsi arxasında müzakirələr aparıldı və şəhidlərimizin ruhu sükutla yad edilib. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olunub."Xocalı qətliamının 30-cu ildönümü ilə əlaqədar Yunanıstan mətbuatda yazı dərc olunub. Məqaləni bu link üzərindən oxumaq olar.

https://www.karfitsa.gr/diethni/qala-30-chronia-apo-ti-genoktonia-tou-chotzali/?fbclid=IwAR3APcDsSMYS5xFsDp1HzhGx3RRE5OmBx2JC8uaHnR9XwcFeqJNJRclu2_0
“Bayraqdar” rusların ehtiyat sistemlərini məhv etdiRusiya ordusunun ehtiyatı, eləcə də gücü bitir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski deyib.

“Ehtiyatlar bitib, Rusiyanın bu ehtiyatları çatdırmaq imkanı yoxdur. “Bayraqdar” pilotsuz uçuş aparatlarımız, qırıcılarımız, hücum təyyarələrimiz rusların yanacaq ehtiyatlarını məhv edirlər”, - Venislavski bildirib.
Brüsseldə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilibAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı fotosərgi və tədbir keçirilib.

Bu barədə Avrasiya.net-ə Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi məlumat verib.

Tədbirin medaratoru Belçika Türkcə Media Birliyinin rəhbəri Hüseyn Dönməz tədbiri Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqqəlik sükutla açaraq, bildirdi ki, 30 ildir bu soyqırımın bütün dünyada tanıdılması üçün Azərbaycan və Türk diasporaları birgə mübarizə aparırlar. Bir çox ölkələrdə artıq Xocalıda ermənilərin törətdikləri bu vəhşiliklər soyqırım olaraq tanınmaqdadır.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi tədbiri giriş sözü ilə açaraq, qeyd etdi ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı uzun illərdir ki, sistemli şəkildə fəaliyyət göstərilir: “Bizim təşkilat da bu soyqırımın tanıdılmasını özünün əsas vəzifələrindən biri hesab edib. ATXƏM-lə bu istiqamətdə artıq on ilə yaxındır ki, birgə layihələr həyata keçirmişik, Brüssel Avropanın siyasi mərkəzi hesab olunur. Hesab edirik ki, bu cür tədbirlərin burada keçirilməsi olduqca vacibdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”.

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, rəhbərlik etdiyi qurum Xocalı soyqırımın tanıdılması üçün uzun illərdir ki, Avropanın siyasi mərkəzləri hesab olunan Brüssel, Haaqa, Strasburq kimi şəhərlərdə birgə silsilə tədbirlər həyata keçirir: “Hesab edirik ki, bu cür tədbirlər mütamadi təşkil olunmalıdır. Artıq biz dünyanın əksər dövlətlərində Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatlar da çatdıra bilmişik. Tarixdə baş verən bu qətliamı, soyqırımı törədənlərin cəzalandırılması, onu törədən xalqın hər kəs tərəfindən tanıdılması dünya tarixi üçün də önəmlidir. Biz Brüsseldə Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər, Avropa Parlamenti, Avropa Komissiyası önündə mitinqlər keçirmişik. Lakin bu il bir qədər fərqlidir. Biz 44 günlük Vətən müharibəsində bu soyqırımı törədən qatil Ermənistan ordusunu işğal etdikləri torpaqlarımızın böyük hissəsindən qovub çıxara bilmişik, onları ağır məğlubiyyətə düçar etmişik. Bu müharibə dövründə Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşdi, bütün dünyada yaşayan xalqımızın bu birliyi İlham Əliyevin dəmir yumruğunda təcəlli edərək, Ermənistan ordusunun, Xocalı soyqırımını törədənlərin başına endirildi. Bu gün Təskinliyimiz var ki, Xocalı soyqırımı qurbanlarının qisasları alınıb, soydaşlarımıza qarşı törədilən bu qətliama layiqli cavab verilib. Ona görə də bu günkü tədbir əvvəlkilərdən çox fərqlənir. Biz indi bu tədbirlərdə alnıaçıq otura bilirik. Lakin bu soyqırımı törədənlər ədalət məhkəməsi qarşısında mühakimə olunmalı, beynəlxalq qanunlarla yarğılanmalıdırlar. Erməni xalqı törətmiş olduğu Xocalı soyqırımını öz tarixlərində, bəşəriyyət qarşısında bir ləkə olaraq daşımalıdırlar”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərə diqqət çəkib. O, qeyd etdi ki, bu prosses uzun illərdir sistemli şəkildə aparılmaqla, həm də dövlət siyasətimizin tərkib hissəsinə çevrilib: “On ildən çoxdur ki, Heydər Əliyev Fondunun vitce-prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyası Xocalı həftəsində bütün dünya gündəminə oturur. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il təqdim etdiyi layihələrdə bu soyqırımın tanıdılması işinə xüsusi həssaslıqla yanaşır, bu cür layihələri dəstəkləyir. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, diaspor təşkilatlarımız birgə fəaliyyət sərgiləyərək bu prosesi uğurla həyata keçirirlər. Hesab edirəm ki, bu fəaliyyətlərin nəticəsidir ki, dünyanın bir çox ölkələri, parlamentləri Xocalıda baş verənləri soyqırım olaraq qəbul ediblər”.

Daha sonra tədbir interaktiv şəkildə davam edib. Tədbirdə iştirak edən İYİ partiyanın Belçika təmsilçisi İbrahim Şahbaz, iş adamı Zəki Yalçın, Gent Türk Ocağının nümayəndəsi Haluk Sarı, İrak Türkmənlərinin Avropa Birliyi təmsilçisi Atilla Kalandar, CHP Belçika təmsilçisi Aslan Onur, İYİ partiya Belçika təmsilçiliyinin nümayəndəsi Muhammed Açıker çıxış edərək, öz fikirlərini səsləndirib, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycandakı və bölgədəki vəziyyətlə maraqlanıblar. Tədbir iştirakçıları Qarabağ bölgəsinə və Şuşaya ziyarəti ən böyük xəyalları olaraq bildiriblər.
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbAzərbaycanın qan yaddaşına həmişəlik həkk olunmuş Xocalı soyqırımı hər il olduğu kimi bu il də dünyanın hər tərəfində anılıb. Belə anım tədbirlərindən biri də Niderland Krallığında Azərbaycan Türk Kültür dərnəyinin təşəbbüsü ilə keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə təşkil olunmuş fotosərgi və anım tədbiri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənib.

Avrasiya.net xəbər verir ki, Haaqa şəhərində keçirilən bu anım mərasimində Azərbaycan Respublikasının Niderland Krallığındakı səlahiyyətli və fövqəladə səfiri Fikrət Axundov, Türkiyə Cümhuriyyətinin Niderland Krallığındakı səfirinin müstəşarı Pınar Gülün Kayseri, Niderlandın D66 partiyasının Haaqa şəhəri üzrə bələdiyyə başçısının müavini Saskiya Bruines, CDA pariyasından Niderland Xarici İşlər Nazirliyinin əməkdaşı Heidy van der Ploeg, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Niderlandda yaşayan digər türkdilli xalqların təşkilat sədrləri, Niderlandın Xristian Demokrat və Denk partiyalarının yetkili üzvləri, habelə Avropada yaşayan Azərbaycan-Türk diasporasının nümayəndələri iştirak ediblər.

Tədbir Xocalı abidəsi önündə bir dəqiqəlik sükutla başlayıb. Şəhidlərin ruhuna Haaqa şəhəri məscidinin imamı Şeyx Məhmət Olqun tərəfindən Quran oxunub. Xocalı qurbanlarına Haaqa şəhərində ucaldılmış abidə önünə çiçək və çələng qoyulduqdan sonra toplantı zalında anım tədbiri davam etdirilib.

Hollanda Azərbaycan Türk Kültür dərnəyinin başqanı İlhan Aşqın gələn qonaqlara təşəkkür edib və öz çıxışında bildirib ki,o zaman dünya ictimaiyyəti Xocalı faciəsinə biganə qalmasaydı, din, etnik ayrı-seçkilik etməsəydi bəlkə də bu gün Ukrayna faciələri baş verməzdi: “Bu gün 30 ildir ki, tarixdə ən qanlı faciə olan Xocalı soyqırımı törədilib. Biz bu soyqırımı sadəcə olaraq bizə qarşı törədilmiş faciə deyil, bütün insanlıq əleyhinə olan bir qətliam olaraq görürük. Bu cür vəhşilikləri törədənlər isə mütləq cəzalarını almalıdırlar”.

Azərbaycanın Niderland krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxışında bildirib ki, 1992-ci ildə ermənilər dinc əhaliyə qarşı soyqırım törətməklə tarixdə ən böyük vəhşiliklərə imza atdılar: “Dinc əhaliyə qarşı bu cür vəhşilik törədilməsinin səbəbini ermənilər bizim torpaqlarımızda özlərinə dövlət qurmaq cəhdlərinin tərkib hissəsi olaraq görürdülər. Onlar bu cür vəhşilik törətməklə isdəyirdilər ki, azərbaycanlılar arasında xof yaratsınlar, onları öz torpaqlarından didərgin salsınlar. Ermənilər Azərbaycan ərazisində özlərinə ikinci dövlət yaratmağa çalışırdılar. Bu gün Niderlandda da müxtəlif millətlər kompakt halında yaşamaqdadırlar. Bu o demək deyil ki, onlar bir gün bu ölkədə öz dövlətlərini qurmalıdırlar”.

Türkiyə Cümhuriyyəti Böyükelçi müstəşarı Pınar Gülün Kayseri də çıxışında Xocalı soyqırımını dünyanın ən böyük faciələrindən biri hesab edərək, qeyd etdi ki, bu soyqırımın tanınması üçün mücadilə davam etdirilməlidir.

Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov və MQF-nin prezidenti Rauf Zeyni Xocalı soyqırımının dünyada tanıdılması üçün görülən işlərlə bağlı məlumat verdilər. Çıxışlarda qeyd olundu ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Xocalı soyqırımı qurbanlarının qisasını alsa da, bu soyqırımın dünyada tanıdılması prossesi davam etdirilməlidir.

Bu soyqırımın ermənilərin tarixində qara ləkə olaraq qalması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin, Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda Xocalı soyqırımı qurbanları üçün ehsan verildi.
Rus ordusu Ukraynanın bu rayonunu ələ keçirdiUkraynanın Berdyansk rayonu rus qoşunları tərəfindən işğal olunub.

Axar.az xəbər verir ki, bu barədə Berdyansk rayon administrasiyası məlumat yayıb.

Məlumata görə, artıq rus texnikaları rayonun müxtəlif ərazilərində görünməyə başlayıb. Rayonun Osipenkovski icmasının sakinlərinin sözlərinə görə, dünəndən etibarən rus hərbçiləri evləri bir-bir gəzərək, mobil telefon axtarıb.

Rusların işğalı zamanı Berdyanskda 1 nəhər həlak olub, 1 nəfər isə yaralanıb.

Artıq Berdyansk polisi buraxılıb. Şəhər rəhbərliyi işğalçılarla işləməkdən imtina edib. Kommunal xidmətlərin bir hissəsi işləyir, nəqliyyat isə dayandırılıb.

Yerli sakinlər gecə ərzində şəhərə texnikaların yerləşdirildiyini deyiblər.

Qeyd edək ki, Berdyansk şəhəri dünən ruslar tərəfindən işğal olunmuşdu.
Rusiyanın itkiləri açıqlandı24 fevraldan Rusiya ordusunun itkisi 5,3 min hərbçi təşkil edir.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, 24 fevral saat 6:00-dan bu dəqiqələrə qədər Rusiya 29 təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli maşın, 74 top, 1 BUK ZRK, 21 Qrad, 291 avtomobil, 60 sostern, 3 PUA, 2 gəmi/kater, 5 HHM vasitəsi itirib.