Sizin Reklam Burada

"Güclü beynəlxalq əlaqələrimiz uğurlu xarici siyasətimizin aynasıdır"

"Güclü beynəlxalq əlaqələrimiz uğurlu xarici siyasətimizin aynasıdır"Rusiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və qonşuluq münasibətləri illərdi davam edir. Bu gün də bunun müsbət təsirini görürük. Rusiya ilə Azərbaycan arasında münasibətlər həm prezidentlər səviyyəsində, həm də iqtisadi, siyasi və humanitar sahələrdə inkişaf edir. Diaspor üzvləri hər iki dövlətdə rahat fəaliyyət göstərirlər. Avropanın ərazicə ən böyük dövləti olan, elm mədəniyyət ocağı və güclü bazaya malik olan bir dövlətlə Azərbaycanın ortaq maraqları olması həm elm mədəniyyət, həm incəsənət, həm də hərbi arenada təcrübələr əldə etməyimizə yardımçı olur.
Rusiyada fəaliyyət göstərən diaspora bu qarşılıqlı əlaqələrin genişlənməsi üçün önəmli addımlar atmaqdadır.

Bu iki ölkə arasında iqtisadi, hərbi, beynəlxalq təhlükəsizliklə bağlı bəyannamələr imzalanmışdır. 1997-ci ildə dostluq və təhlükəsizlik haqqında imzalanan bəyannamə bunun bariz nümunəsidir. Bunun ardınca 2008 və 2018-ci illərdə də imzalanan təməl bəyannamələr strateji tərəfdaşlıq və müttəfiqlik nümunələridir.

44 günlük müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan və tarixi əhəmiyyət kəsb edən bəyənnamə regionda illər sonra sülhün bərpa olunması və təhlükəsizliyin, sabitliyin təmin olunması üçün önəmli bir sazişdir. Bu bəyannəmənin şərtləri Rusiyanın bu regionda sülməramlı məqsədləri illərdir davam edən işğalçılıq siyasətinə son qoyuldu. Rusiya sülhməramlıları həm bölgədəki sabitliyi qorumağa, həm də lazım gəldikdə humanitar və tibbi yardımlar göstərməyə müvəffəq olurlar.

Bu gün Azərbaycan ilə Rusiyanın dostluq münasibətlərinin daha güclü və sabit olması, xarici siyasətimizin məqsədyönlü olduğunu sübut edir. Bu Bəyannamə ilə Ermənistan illərdi apardığı siyasətin əslində mənasız olduğunu, Rusiyanın onları dəstəkləyib Qarabağı Ermənistan ərazisi kimi tanınması kimi gözləntilərini heçə endirdi.

İlham Əliyevin Moskvaya rəsmi səfəri və müttəfiqlik sənədinin imzalanması Azərbaycan tarixində ən önəmli səhifə olacağına inanırıq.

Azərbaycanın həm Rusiya, həm də Türkiyə kimi böyük dövlətlərlə eyni siyasi əlaqələrinin olması beynəlxalq arenada təhlükəsizliyimizin təminatı və uğurlu xarici siyasətimizin aynasıdır.

Bütün bu amillər onu göstərir ki, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur, möhkəmdir və sarsılmazdır. Dünyanın hegemon dövlərtləri ilə dostluq və qardaşlıq münasibətləri Azərbaycan xalqının Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Qərənfil Nəsibova
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər