Ukrayna ilə danışıq başlayır – Peskov açıqladı

Ukrayna ilə danışıq başlayır – Peskov açıqladıPutin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır.

Avrasiya.net xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kreml Administrasiyasının nümayəndələri daxil olacaq. Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqladı. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, əməliyyatın məqsədi “lxr” və “dxr”ə kömək etmək, Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir”, - o bildirib.