Putin: Ukrayna ilə danışıqlara hazıram
Dərc olunub:
25-02-2022, 16:00
Çin lideri Si Szinpin ilə Vladimir Putin arasında telefon danışığı olub.
Axar.az RİA-ya istinadən xəbər verir ki, Szinpin danışıq zamanı Rusiya və Ukrayna arasındakı böhranın danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olduqlarını bildirib.
Putin isə öz növbəsində həmkarına Ukrayna ilə yüksək danışıqlar aparmağa hazır olduğunu qeyd edib.