Kiyevdə partlayışlar başladı
Dərc olunub:
26-02-2022, 04:40
Bu dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilir.
Axar.az xəbər verir ki, Ukrayna mediası yerli vaxtla saat 02:00-dan sonra (Bakı vaxtı ilə 04:00) paytaxtın Desnyansk rayonunda güclü partlayış baş verdiyini yazır. Bunun ardınca partlayışlar ardıcıl müxtəlif istiqamətlərdən gəlir.
Teleqram kanallarında Kiyevin şimalındakı partlayışların görüntüləri yayılıb.