Misirli tələbə Xocalı soyqırımına həsr olunmuş şeir söyləyibMisirdəki Azərbaycan diaspor mərkəzinin dil kurslarının müdavimi Əsma Əhməd Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə XX əsrin ən dəhşətli faciələrindən birinə həsr olunmuş şeir söyləyib.

AZƏRTAC xəbər verir ki, misirli tələbənin mükəmməl şəkildə Azərbaycan dilində söylədiyi şeir tədbir iştirakçılarında böyük rəğbət doğurub. Onun videosu diaspor fəalları tərəfindən sosial şəbəkələrdə də yayılıb.
Qeyd edək ki, Misirdəki diaspor mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında təhsil alan misirli və digər ölkələrdən olan tələbələr klassik və müasir poeziya nümunələrimizi öyrənir, müxtəlif kiçik tamaşalarla çıxış edirlər.
https://m.youtube.com/watch?v=iSNlRO-gTzY]]
Vilyam Hacıyevin səhhətində problem yarandıİmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin səhhətində problem yaranıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müalicə müəssisəsində müalicə olunur.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində V.Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə iclasının keçirilməsi nəzərdə tutulmuşdu. Onun məhkəməyə gətirilmədiyi məlum olub və proses təxirə salınıb.

Xatırladaq ki, sonuncu məhkəmə iclasında V.Hacıyev hakimlər kollegiyasına səhhətində problem yarandığını bildirmişdi.

V.Hacıyev 2021-ci ilin sentyabr ayında koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Ukraynalı mühəndis körpünü özü ilə birlikdə partlatdıRusiya ordusuna məxsus tank kolonunu dayandırmaq üçün Qeniçesk körpüsünün partladılması qərara alınıb.

Axar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, mühəndis Skakun Vitaliy bu tapşırığı yerinə yetirmək üçün könüllü olub.

O körpünü minalayıb, lakin oradan çıxa bilməyib və körpünü özü ilə birlikdə partladıb.
Bosniya və Herseqovinanın QHT nümayəndələri bir qrup QHT rəhbəri ilə görüşüblərBosniya və Herseqovinanın QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT rəhbəri-qadınlarla görüşüblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri ölkəmizdə fəaliyyət göstərən bir qrup qadın QHT rəhbərləri ilə görüşüblər.

Görüşün məqsədi Xocalı və Srebrenitsa soyqırımları, soyqırım qurbanları, qarşılıqlı əlaqəlar və iş təcrübəsi haqqında fikir mübadiləsi aparmaq olub.
Agentliyin İcraçı direktoru Aygün Əliyeva Xocalı soyqırımı haqda məlumat verdikdən sonra hər iki faciəyə hüquqi qiymət verilməsi üçün QHT-lərin birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Hər iki ölkənin qadın QHT rəhbərlərinin həssas sahələrdə təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edib.
Bosniya və Herseqovinanın QHT nümayəndələri elm, təhsil, mədəniyyət, sosial və media sahələrində də təcrübələrin öyrənilməsi təklifi ilə çıxış ediblər.

Görüş hər iki ölkənin QHT nümayəndələrinin gələcək fəaliyyət planlarının müzakirəsi ilə davam edib.

100-dən çox Azərbaycan vətəndaşı Ukraynanı tərk etdiAzərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

Məlumata görə, dünən və bu gün ərzində 100-dən çox Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib.

Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur.
İran səfirliyi Xocalı soyqrımı ilə bağlı Azərbaycana başsağlığı verdiİranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Xocalıda günahsız dinc əhalinin qətlə yetirilməsinin 30-cu ildönümünü anır və Azərbaycan Respublikası hökumətinə, xalqına və faciədən sağ çıxanlara başsağlığı verir”, – “twit”də qeyd olunub.
Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyatın gedişində Ukraynanın 5 təyyarəsini, bir helikopterini, 5 PUA-sını, həmçinin 18 tank və zirehli maşınını, 7 reaktiv sistemini, 41 hərbçilərin xüsusi maşınını və 5 hərbi katerini məhv edib.

Bu sözləri mediaya açıqlamasında Rusiya MN-in rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
Kiyevə gələn rus diversantlar məhv edildiUkrayna ordusunun texnikası və formasında Kiyevə gələn rus diversantlar məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Qeyd edək ki, daha öncə Ukrayna ordusunun ələ keçirilən iki hərbi texnikası ilə Ukrayna əsgərlərinin formasında rus diversantların Kiyevə doğru hərəkətini əks etdirən video yayılmışdı.