Sizin Reklam Burada

Telefona belə baxmaq olmaz!

Telefona belə baxmaq olmaz!Telefona baxarkən daim başın və boyunun aşağı bucaq altında əyilməsi ağırlığın boynun fəqərələri üzərinə düşməsinə səbəb olur. Boyun gün ərzində bu vəziyyətdə duruş üçün nəzərdə tutulmayıb.

Avrasiya.net Medicina.az-a istinadən xəbər verir ki, fizioterapistlər son zamanlar 18-20 yaşlı gənclərdə boyunda degerenativ dəyişiklik, fəqərələrdə yırtığa meyilliyin artmasının bir səbəbini telefon və planşetlərdən istifadədə görür.

Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatlıqlar meydana gəlməyə başlayır. Əgər uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda, başda ağrılar meydana gəlməyə başlayır.

ABŞ alimləri son 5 ildə əhalinin 50 faizinin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.

Buna görə də telefonla uzun müddət məşğul olduqda telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin.

Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onların boyun vəziyyətinə nəzarət etmək lazımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər