Sizin Reklam Burada

Kadırovdan separatçılara dəstək: Putini Donbass respublikalarını tanımağa çağırdı

Kadırovdan separatçılara dəstək: Putini Donbass respublikalarını tanımağa çağırdıÇeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Donbass bölgəsində özünü elan etmiş separatçı Donetsk və Luqansk Xalq respublikalarına dəstək verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, R.Kadırov Dövlət Dumasının separatçı respublikaları tanımaq çağırışını dəstəkləyib.

“Mən Dövlət Dumasının Donetsk və Luqansk Xalq respublikalarının müstəqilliyinin tanınmasının zəruriliyi ilə bağlı Rusiya Federasiyasının prezidentinə müraciət etmək qərarını tam dəstəkləyirəm”, – Ramzan Kadırov teleqram kanalında yazıb.

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin bunu mütləq edəcək, çünki bu, sülh üçün mühüm addımdır.

“Rusiya tərəfindən özünü elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının tanınması sülh yolunda mühüm addım olacaq”, - Kadırov deyib.

Çeçenistan Respublikasının başçısı vurğulayıb ki, məhz Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması “onların dünya səhnəsindəki statusunu müəyyən edəcək və uzun illər davam edən qarşıdurma və qan tökülməsinə son qoyacaq”.

O qeyd edib ki, çeçen xalqı özbaşınalığın, zorakılığın və davamlı düşmənçiliyin nəyə gətirib çıxardığını yaxşı xatırlayır.

Kadırov, həmçinin xarici medianı hər gün Rusiyanın Ukraynaya yeni “işğal tarixi” ilə bağlı dezinformasiya dərc etməkdə ittiham edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər