ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verdi
Dərc olunub:
20-01-2026, 10:22
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib.
Avrasiya.net xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir:
“Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.
