ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi

ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdiABŞ-dan şok açıqlama: “SDQ (PKK) ilə müttəfiqliyimiz sona çatmışdır. Suriyada bizim yeni müttəfiqimiz HTŞ-dir və SDQ 4 gün içərisində ölkənin legitim qurumlarına inteqrasiya etməlidir”. ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak tərəfindən bəyan olunan bu açıqlama səbəbsiz deyil. Donald Tramp hakimiyyətinin fikrincə, dünyanın bir çox coğrafiyasında separatizmi dəstəkləyən qlobalist qüvvələr sosial yardım quruluşları, böyük media orqanları kimi, müharibələrdən də korrupsiya vasitəsi kimi istifadə edir və ABŞ-ı borclandırırdılar. Məhz bu siyasət nəticəsində ABŞ 2001-ci ildən indiyədək keçən 25 il ərzində təkcə Əfqanıstanda və Yaxın Şərqdə 7-8 trilyon dollarını havaya sovurmuşdur.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O xatırladıb ki, ABŞ-ın ümumi xarici borcu 38 trilyon dollar, ÜDM-i isə 30 trilyon dollardır:

“Başqa sözlə, bütün ÜDM-i borcunu tam ödəyə bilmir, yenə də 8 trilyon dollar borcu qalır. ÜDM ilə xarici borc arasında bu qeyri-adi natarazlıq Vaşinqtonu bəzi addımlar atmağa vadar edir. Ən problemsiz addım isə separatçı qüvvələri maliyyələşdirməkdən əl çəkmək və regional təhlükəsizlikləri bölgəsəl müttəfiqlərinin ixtiyarına buraxmaqdır.

ABŞ-ın PKK-dan imtina etməsi təkcə Suriya deyil, həm də Türkiyə, İraq və İran üçün də böyük əhəmiyyət daşıyır. Vaşinqtonun bu qərarından sonra İranın Qərbi Azərbaycan (Urmiya) ostanlığına yerləşdirilmiş və güneyli qardaşlarımızın qoluna qandal kimi vurulmuş PJAK da artıq kimsəsiz qalacaq. Bu da Cənubi Azərbaycan türklərinin ən böyük əndişəsini ortadan qaldıracaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər