"Pezeşkian hər zaman ali dini liderin kölgəsində qalacaq"

İranın ali dini lideri və Prezidenti başda olmaqla qonşu ölkənin mollaları və siyasiləri ABŞ Prezidenti Donald Trampın adını çəkərək, günahı Ağ Ev sahibinin üzərinə ataraq, son qırğınların arxasında onun olduğunu bildirirlər. Halbuki, Tramp qədər İranın keçmiş şahının oğlu Rza Pəhləvi də etiraza dəstək verən açıqlamalar verir, etirazçıları hakimiyyətə qarşı daha sərt addımlara səsləyirdi.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, buna baxmayaraq, İranı idarə edənlər Pəhləvinin adını çəkmirlər. Əslində deməyə çox söz var, keçmiş şahın vəhşiliklərini xatırlmaq olardı. Yəqin bu onunla əlaqədardır ki, İrandakı rejim son qətliamın Pəhləvi dövrünün qətliamlarından heç nə ilə fərqlənmədiyini yaxşı anlayır. Pəhləvi rejimini necə tənqid edəsən ki, özün minlərlə insanı qətlinin əmrini vermisən. Etiraz indiki mərhələdə ona görə uğur qazanmadı ki, insanlar molla rejimi ilə Pəhləvi arasında fərq görmədi, bir-birlərinə oxşayırlar, İranda bu ikisinə alternativ qüvvə isə hələ meydanda yoxdur.

Xalqın seçdiyi Prezident Məsud Pezeşkian son açıqlamasında az qala özündən aşağı mərtəbədiklərə yalvarır ki, “bəlkə internet açasız”. Ölkəsində internetin açılmasını təmin edə bilməyən dövlət başçısı hər zaman ali dini liderin kölgəsində qalacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər