“Ayntraxt” komandası Bakıya gəldi
Dərc olunub:
Dünən, 09:44
UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” (Almaniya) ölkəmizə gəlib.
Avrasiya.net xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
